ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Tanınmış İslam alimi yol qəzasında dünyasını dəyişib

FaktXeber.com-un verdiyi məlumata görə, İslam aləmənin tanınmış ustadlarından sayılan, əslən Ərdəbil şəhərindən olan Adil Mövlayi vəfat edib. O, İranın Qum şəhərinin Cəfəriyyə məntəqəsində avtomobil qəzasına düşüb.

Höccətül-İslam Mövlayi Azərbaycanda da bir sıra fəaliyyətlərlə yadda qalıb. Məhz onun elmi səyi nəticəsində “Qafqaz elm dünyasının ulduzları” adlı kitab ərsəyə gəlmişdi.

Kitabda Qafqaz ölkələrində yaşayıb-yaratmış 100 nəfər İslam aliminin həyat və fəaliyyətindən bəhs olunur. Kitab iki il yarım ərzində hazırlanıb. Bu müddət ərzində Abbasilər və Səfəvilər dövründən bu yana İslam alimləri, şeyxülislamlar haqqında məlumat toplanıb.

Bu kitabın 2013-cü ilin noyabr ayında Qafqaz Müsəlmanları İdarəsində geniş təqdimat mərasimi keçirilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button