AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan-sionist rejim münasibətlərinin yeni dövrü

Şimon Pres və Oren Hazenin Bakıya səfərinin ardıncaAzərbaycan-sionist rejim münasibətlərinin yeni dövrünün təhlili

Sionist rejimin sabiq başçısı Şimon Pres Azərbaycanın paytaxtı Bakıya səfər etmişdir. O bundan əvvəl prezident kimi Bakıda səfərdə olmuşdu. Azərbaycan Respubllikasının prezidenti İlham Əliyev Şimon Preslə görüşündə Bakı-Təl Əviv qarşılıqlı münasibətlərinin müxtəlif sahələrdə genişlənməsi barədə onunla müzakirə etmişdir.

Keçən ay sionist rejimin Knessetinin sədr müavini Lekod partiyasından olan Oren Hazan, Knessetinin digər nümayəndəsi və Lekod partiyasının üzvü Mehdi Safadi ilə birlikdə Azərbaycana səfər etmişdi. O, işğal edilmiş ərazilərə qayıtdıqdan sonra  öz müsahibəsində:  “Mənim üçün bir yəhudi və İsrail Knessetinin spiker müavini kimi İslam respublikasında gəzmək və özünü Tel-Əvivdə olduğum kimi təhlükəsizlikdə hiss etmək maraqlı idi”, deyə bildirdi. Hazan, Azərbaycanı bir müsəlman ölkəsi kimi yəhudilər üçün təhlükəsiz və əmin yer adlandıraraq, dedi ki, biz Azərbaycan vətəndaşları ilə İsrail və müsəlmanların İsrail ilə düşmənçiliyi ilə söhbət edirdik. Onlar deyirdilər: – Ərəblər İsrail ilə düşməndirlər və biz ərəb deyilik. Ərəblərin və İsrailin düşmənçiliyinin bizə aidiyyatı yoxdur. Hazan həmçinin, azərbaycanlıların İsrail ilə dost münasibətlərinin möhkəmlənməsinə meyilli olduqlarını deyib.

Bakı dövlətinin hazırkı dövrdə sionistləri Azərbaycana dəvət etmələrini artırmalarının səbəbini açıqlamazdan öncə Bakı-Təl Əviv münasibətlərinin tarixçəsinə nəzər salaq:

Sionist rejim David Ben-Qurionun ərəb ölkələrinin İsrailə təzyiqləriniazaltmaq üçün regionun qeyri-ərəb ölkələri ilə münasibətlər yaratmaq haqqında nəzəriyyəsi və Şimon Presin yeni Yaxın Şərq doktrinası əsasında Azərbaycan Respublikası ilə strateji münasibətlər qurmağı gündəliyə salmışdır. Halbuki, ölkənin 80 faizdən çoxunu şiələr təşkil edir. Sovet İttifaqının dağılması, Cənubi Qafqaz və Orta Asiyada yeni ölkələrin yaranması ilə sionist rejim bu ölkələrin iqtisadi və siyasi sahələrinə nüfuz etməyə cəhd etdi. 1991-ci ildə Azərbaycan Respublikasını rəsmi olaraq tanıdı və 1993-cü ildə bu ölkədə öz səfirliyini açdı. O vaxtdan indiyə kimi sionist rejimin müxtəlif heyətləri Azərbaycan səfər etmişdir və onlardan ən önəmlisi işğalçı rejimin prezidenti Şimon Pres və xarici işlər naziri Aviqdor Libermanın səfərləri olmuşdur. Bunun müqabilində Azərbaycanın da bir sıra rəsmiləri, o cümlədən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, xarici işlər naziri Elmar Məmmədyarov işğal edilmiş ərazilərə səfər ediblər.

Azərbaycanınmüstəqilik qazanmasından sonra Bakı-Təl Əviv münasibətləri genişlənməyə doğru hərəkət etmişdir və hər iki tərəf bir-birinə yaxın olmağa, bir-birlərinə qarşı strateji müttəfiq olduqlarını göstərməyə çalışmışlar. Azərbaycan neft və qaz yataqlarına malik bir ölkə kimi hərbi texnologiya sahəsində nisbətən yaxşı mövqedə dayanan sinost rejimlə öz əlaqələrini başladı. Hər iki tərəf xüsusi sahələrdə bir-birlərinə yaxınlaşdılar. Başqa sözlə, münasibətlərdən qabaq bir-birlərindən nə istədiklərini yaxşı bilirdilər.

Qeyd edək ki, ikitərəfli münasibətlər hər şeydən əvvəl, əsasən hərbi və iqtisadi sahələrdə genişləndi. Əlbəttə, Azərbaycan Respublikasının xarici siyasəsində Dağlıq Qarabağ və milli təhlükəsizlik məsələlərihəmişə öndə dayanmışdır. Bu münsaibətlərdə Azərbaycan və sionist rejim hər biri öz maraqlarının ardıncadır; biri ən çox öz iqtisadi maraqlarının, biri də ən çox hərbi maraqlarının. Azərbaycan, Ermənistanla müharibədən və 20% torpaqlarının itirdikdən sonra həmişə balansı dəyişmək və itirilmiş torpaqlarını qaytarmaq ardıncadır. Ona görə də həmişə ilk növbədə hərbi gücünü artırmağa çalışır. Bu məqsədinə çatmaq üçün sionist rejimini seçdi. Əlbəttə, hərbi seçimdən əlavə, siyasi baxımdan və beynəlxalq təşkilatlarda və ABŞ-da sionist lobbilərinin Azərbaycanı dəstəkləməsindən də istifadə edir.

Digər tərəfdən sionist rejim əvvəldən öz gücünü artırmaq və böyük gücə çevrilmək fikrində olub. Bunun üçün də özünə enerji mənbəyi tapmalıdır. Sionist rejimin özünün çox məhdud həddə neft ehtiyatları olduğundan hərbi dəstək verməklə enerji əldə edə biləcək ölkələrlə münasibətlər qurmaq ardınca olub. Bu bir tərəfi neft, digər tərəfi silah olan bir yoldur. Sionist rejim Azərbaycanla münasibətdə əldə etdiyi iqtisadi gəlir vasitəsilə İrana yaxınlaşmaq üçün bu ölkədə baza yaratmaq və lazım olarsa, ondan İrana təzyiq etmək üçün istifadə etməyə cəhd edir. Xüsusən də Azərbaycan ərazisindən İranın nüvə proqramını daha yaxından izləyə bilər və öz təhdidlərinin artırmaqla regionda təhlükə yarada bilər.

Bakıda keçirilən birinci Avropa Olimpiya Oyunlarından sonra Azərbaycan hakimiyyəti insan hüquqlarını pozduğu üçün sərt tənqid olundu. Halbuki, Azərbaycan dövləti onları tənqid edən müstəqil jurnalistləri və media fəallarını Avropa Olimpiya Oyunları ərəfəsində sıxışdırdılar. Digər tərəfdən parlament seçkiləri astanasında Avropa qətnamə qəbul edərək Azərbaycanda insan hüquqları barədə öz narahatlığını bildirdi. Azərbaycanda insan hüquqlarının pozulmasını, siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin həbs edilməsindən narahat olan Avropa Parlamenti Azərbaycana qarşı Avropa Birliyinin sanksiyalar tətbiq etməsini tələb etdi və Milli Məclis seçkilərinə nəzarət üçün nümayəndə göndərməyəcəyini elan etdi. Bundan əlavə, siyasi məhbusların şərtsiz azad olunmasını və ölkə prezidenti İlham Əliyev və onun ailəsi barədə korrupsiya ittihamı ilə araşdırmanın başlanmasını tələb etdi. Son aylar ərzində qərbin Azərbaycana insan hüquqları ilə bağlı təzyiqləri artmışdır. Parlament seçkiləri astanasında qərbin təzyiqləri ilə qarşılaşmış Azərbaycan təzyiqlərin qarşısını almaq üçün sionist lobbilərindən istifadə etməyə çalışır. Sionistlərin Azərbaycana səfər etmələrinə dəvətin artmasını da bu proqram çərçivəsində bilmək olar.

İlham Əliyev dövləti hazırkı durumda sionist rejiminə yaxınlaşma taktikası seçməklə bunu nəzərdə tutmuşdur ki, Azərbaycanda insan hüquqlarının aşkar pozulmasına görə qərbin bu ölkəyə təzyiqləri qarşısında özünü sionost rejimin dəstəyi ilə sığortalamış olsun, həm də parlament seçkilərini qərbin təzyiqləri olmadan və qabaqcadan planlaşdırıldığı formada keçirsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button