AktualAktualArxivmədəniyyatSosialXəbər lentiXəbərlər

BBC televiziyasının etnik nifrəti qızışdırması və İranı parçalamaq planı

Hazırkı yazı BBC televiziyasının iyunun 30-da Dariyuş Kəriminin aparıcılığı, Simin Səbri,Fərhəng Cahanpur və Saleh Kamranin iştirakı ilə “Azərbaycanlıların özünüdərk hisləri” adı altında gedən Pərgar verlişinin nəqdidir.

İngilis dövlətinin etnik və dini ixtilaflar yaratmaq istəməsi və özünün imperialist maraqlarını təmin etmək üçün siyasi tarixinə nəzər saldıqda bu proqram çərçivəsindəki televiziya verlişlərini başa düşmək və təhlil etmək asanlaşır.

İngilisin gizli və aşkar əlini istər 10 ingilis casusunun, o cümlədən Mister Hemferin müsəlmanlar arasında firqələr yaratmaqla dini ixtilaflar salmasına məmur olduğu zaman, istərsə də ölkənin böyük ərazilərinin İrandan ayırılması, rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri, Qafqazın 17 şəhərinin İrandan ayrılmasında, Paris müqaviləsində, Herat və Əfqanıstanın ayrılmasında, böyük Sistanın bəzi ərazilərinin ayrılmasında müşahidə edirik.Həmçinin, Birinci Dünya müharibəsi və yeni ölkələrin yaranmasından (1) sonra süni sərhədlərin yaranmasında İngiltərənin roluna diqqət etdikdə öz büdcəsini birbaşa olaraq İngiltərə Xarici İşlər Nazirliyindən alan BBC televiziyasının İranda milliyyətçilik nifaqı yaradan verlişlər hazırlaması, iranlı etnik qruplar,o cümlədən İransevər və qeyrətli Azərbaycan xalqı üçün qeyri-iranlı və müstəqil kimlik tərif etməsi elə də gözlənilməz deyil.

Zahirən, azərbaycanlılar üçün qeyri-iranlı kimlik sübut etmək! Pərgar verlişinin quruluşçusu Traktorsazinin fotbol klubunun yarışlarında verilən milliyyətçi şüarlardan, o cümlədən “türk dilində mədrəsə – olmalıdır hər kəsə” şüarından istifadə etmişdir.

Lakin, dərhal bu suallar irəli gəlir ki, Azərbaycan məktəblərində hansı türkcəsi tədris olunmalıdır? Azərbaycanda türk dilinin yeri tarix və dilçilik baxımından necədir? Milli dilin zəiflənməsi bahasına türk dilinin tədrisi alınasıdırmı?

Artıq günümüzdə bu tarixi həqiqət elmi və akademik dairələrdə qəbul edilmişdir ki, Azərbaycana türklərin gəlməsi və bunun ardınca türk dilinin yayılmasının elə də qədim tarixi yoxdur. Türk dili türk ellərinin İrana axın etməsi, əsasən də Səfəvi dövlətinin təsisindən sonra siyasi və dini səbəblər üzündən İranın bəzi məntəqələrində, o cümlədən Azərbaycanda yayıldı. Azərbaycanın qədim dili pəhləvi dilinə mənsub dil qruplarından olmuşdurvə onun nümunələri bu gün də Azərbaycanın ucqar bölgələrində qalmaqdadır.Arxeoloji tapıntılar, tarixi mətnlər və ədəbiyyat nümunələri bu fikri təsdiqləyir. Azərbayacan xalqının mədəniyyəti də aydın surətdə İrana aid mədəniyyətdir. Novruz keçirirlər, İrana aid adət-ənənələri qoruyub saxlayırlar. Azərbaycanda türk-altay mədəniyyətindən heç bir əsər-əlamət yoxdur. Türklər qocaları dağların başına aparırdılar ki, orada aclıq və xəstəlikdən ölsünlər.Halbuki, azərbaycanlılar İran mədəniyyətinə uyğun olaraq, öz qocalarını əziz tuturdular və bu gün də belədir. Macarıstanda tapılmış hunlara aid beyin sümükləri təsdiq edir ki, Altay mədəniyyətində yeni körpə dünyaya gəldikdə küt alətlə körpənin başına vururdular. Belə bir ənənə Azərbaycanda mövcud olmayıb. Körpənin dünyaya gəlməsindən sonra ata çadırdan, yaxudevdən çıxırdıvə ilk gördüyü əşyanın adını övladına qoyurdu; məsələnAlptəkin, Səbüktəkin, Qazan. Belə bir adətlər Azərbaycanda olmayıb. Hətta, azərbaycanlılar və aranlılar həmişə türksifətlilik və türk mədəniyyətindən uzaq olmağa çalışıblar. Xaqani Şirvaninin şerlərində oğuz türklərinin məzəmməti barədə beytlərlə rastlaşırıq.

Nizami Gəncəvi Leyli və Məcnun əsərində deyir:

Türksifətlik bizim vəfamız deyil

Türk kimi danışmaq bizə layiq deyil

Üstün soydan olan kəs

Üstün sözlər danışmalıdır.

Qətran Təbrizi dətürkləri məzəmmət edərək deyir:

Dövlət başında olub xəyanət etməkdə nə dəyər var

Elmli olub məkr etməkdə nə dəyər var

Gərçi türklərin işi xəyanət və məkrdir.

Azərbaycanın və xalqının dini də iranlı dinlərə mənsub olmuşdur. İslamdan öncə və İslamdan sonra türk-şamanlıq dinindən Azərbaycanda əsər-əlamət görünmür. İslamdan qabaq iranlı-zərdüşt dinində olublar, İslamdan sonra da İslam dinində və onun İran xarakterli şiəlik məzhəbində olublar.

İranlılıq xarakterindən biri də Azərbaycan (Atropatkan) adının əslində iranlı bir ad olmasıdır və onun kökü Avesta-Pəhləvi kökünə qayıdır. (2)Arxeoloji tapıntılar bu mövzunu təsdiqləyir. Azərgüşnasp məbədində tapılmış lövh və kətibələrin hamısı pəhləvi əlifbası və dili ilədir. Həmçinin Meşkin, Salmas, Bənd və digər məntəqələrdə tapılmış kətibələr də bu dildədir. Halbuki, Azərbaycanda Orxon-türk əlifbası(Monqolustanda Orxan vadisinə mənsub) ilə yazıtapılmayıb. Orxon əlifbasının İran-suğdi əlifbası olmasından göz yumsaq da.

İrqi xüsusiyyətlərdən digəri Azərbaycan xalqında iranlı irqi səciyyələrin olmasıdır. Rusiya Fafilov Mərkəzi və Kembric Universiteti və digər araşdırma mərkəzlərinintədqiqatları göstərir ki, Azərbaycan xalqının irqi xüsusiyyətlərinin sarı dərili türklərə heç də yaxınlığı yoxdur. Dilin dəyişməsi də kimliyin dəyişməsinə səbəb olmur. Necə ki, məhz portuqal dilində danışdıqlarına görə Braziliya xalqını portuqaliyalı kimi tanıtdırmaq olmaz.Həmçinin, Argentina və Kuba əhalisini ispan adlandırmaq olmaz. Habelə, türk dilində danışdığı üçün Azərbaycan camaatını türk adlandırmaq və qeyri-iranlı kimlikdə tanıtmaq olmaz. Azərbaycan camaatı iranlı və azəridirlər. Görünür ki, BBC-nin “Azərbaycanlıların özünüdərk hisləri” televiziya verlişinin əsası sadə insanları aldatmaq niyyətinə söykənir. Xanım Simin Səbri iddia edir ki, “milli kimlik hissləri o yerlərdə kök salir ki, o kimlik represyalara məruz qalır”.

O, milli kimlik duyğularının oyanmasında kibernetik məsələlərinin rolu olmasını vurğulayır və öz iddiasının sübutu üçün qondarma Azərbaycan Respublikasını nümunə gətirərək bu ölkənin öz mədəniyyət və musiqisini qoruyub saxlamasını və Azərbaycan xalqı üçün yaxşı örnək olmasını deyir.

Məhz xanım Səbrinin xəbəri olması üçün deyirik: Birincisi, Azərbaycan və Xorasan tarix boyu, xüsusilə də İslamdan sonra İran mədəniyyət və sivilizasiyasını qoruyan iki əsas qütb olmuşdur. İranın müasir millətçiliyində azərbaycanlıların önəmli rolu hamıya bəllidir. Azərbaycanlılar da özləri üçün iranlı kimlikdən başqa heç bir kimlik təsəvvür etmirlər. Baxmayaraq ki, xanım Səbri millətçilik yaratmaq proqramı çərçivəsində azərbaycanlılar üçün qeyri-iranlı və saxta türk kimliyi yaradır və separatizmi özünüdərk adlandırır.Bu günləri qondarma Azərbaycan Respublikası adı ilə tanınan və xanım Səbrinin nəzərində tutduğu ərazi tarixi mətnlərdə Albaniya və Aran adlanıb və 1918-ci ildə musavatçıların hökumət başına gəlməsi, ilhaqçılıq və siyasi məqsədlərlə yalan əsasında Azərbaycan Respublikası adlandırıldı (3) və çox da uzaq olmayan bir zamanda İranın siyasi coğrafiyasının bir hissəsi idi.Rüsvayçı Türkmənçay və Gülüstan müqavilələri nəticəsində rusların qılıncının gücünə, ingilislərin gizli razılaşmaları əsasında Böyük İran ərazilərindən qoparıldı. Bununla belə yenə də İran mədəniyyəti və sivilizasiyası dairəsində qərar tutmuşdur. Onun mədəniyyəti Bakı dövləti tərəfindən pantürkizm yanaşması ilə bərk sıxışdırılaraq aradan aparılmasına çalışılır. “Talışı Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov və onun oğlunun qətlə yetirilməsi bunun aşkar nümunəsidir.Aran camaatının çoxu İrana qayıtmaq və İrana birləşməyin tərəfdarıdır. Bakı tədqiqatçıları və akademikləri Bakı rejiminin pantürkizm yanaşmasının əksinə danışır və tarixi həqiqətləri yazırlar. Buna görə də ən ağır təzyiqlərlə üzləşirlər. “Atropatkan tarixi” kitabının müəllifi İqrar Əliyev, o cümlə tarixçilərdəndir. İran əsilli talışlar və tatlar Aranda öz ibtidai hüquqlarından məhrumdurlar. Bu da assimilyasiyanın nümunəsidir. Bu mövzu haqda iki il bundan öncə prezidentə açıq məktubumda Bakı pantürkçü rejiminin təhlükə, müdaxilə və təhriklərinə və onun separatçı qrupları faydasız dəstəyi ilə bağlı geniş söz açdım və burada onu təkrar etməyi artıq bilirəm. Amma xanım Səbri və onun həmfikirlərinin diqqəti yetirməsi lazım olan məsələ budur ki, saxta türk kimliyi, öz sələfi Türkiyə ölkəsi kimi qondarma Azərbaycan adı ilə çıxış edən, tarixi həqiqətləri təhrif etməyə çalışan, özü də uzaq olmayan bir keçmişdə onun bir hissəsi olduğu İran mədəniyyəti və sivilizasiyasını öz adına qeyd və müsadirə edən bir ölkə əsl azərbaycanlılar üçün necə örnək ola bilər?

Heç bir tarixi və siyasi məlumatı olmayan, Günaz TV kimi peyk antenalarından yayımlanan kanalların pis təbliğatının təsiri altına düşən, Təbriz idman salonunda Bakı rejiminin təhrikləri ilə milliyyətçi şüarlar səsləndirən, bəzən də nifrət yaradan işlər edən bir sıra gənc  və yeniyetməAzərbaycan əhalisinin ümumi fikrinin nümayəndəsi və statistikasıdırmı? Onlar Azərbaycan əhalisinin neçə faizini təşkil edir? Onların orta yaş həddi və ümumi savad səviyyəsi nə qədərdir? Əgər onlar məlumatlandırılsa, yenə də həmin şüarlarla, bəzən də qarışıqlıq yaradan hərəkətləri ilə çıxış edəcəklərmi? Lakin mövzu bundan daha genişdir.

Unutmamışıq ki, Yuqoslaviya faciəsi və bir ömür bir yerdə yaşamış xorvat, serb və bosniyalıların qətliamı bir futbol klubundan başladı. Srvena Zvezda Belqrad kimi fotbol klubunu təşviq etmək bəhanəsilə milliyyətçilik nifrət və nifaqı yaratmaqla başladı, münasib zəminə yarandıqdan sonra silah bayrağı əvəz etdi, Yuqoslaviya faciəsi yarandı. Bu dəqiqən yadların bu günləri Azərbaycanda həyata keçirmək istədikləri senaridir və Traktorsazi futbol klubunun alətə çevirməklə öz layihələrini izləyirlər. “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarında diqqət etmək lazımdır. Azərbaycanda yayılmış dil dilçilərin nəzərində hansı dildir? Mütəxəssislərin əksəri belə düşünürlər ki, Azərbaycanın bugünkü dili türk, iranlı (pəhləvi və dəri)və farslaşmış ərəb sözlərinin birləşməsidir və türk-altay dillərindən çox fərqlidir. (4) Uyğur, çağatay, çuvaş və bunlar kimi türk dilləri Azərbaycan xalqı üçün yad olduğu kimi. Azərbaycanın hazırkı dili iranlı dili ilə bağlıdır və bu dil ilə qarışmışdır. Azərbaycan və Qafqazın ədəbiyyatı dəri (fars terminləri ilə) dilindədir;Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və yüzlərlə digər iranlı klassik ədəbiyyatçıdan Pərvin Etisami və doğulduğu gün İranda “Şer və Ədəbiyyatşünaslıq Günü” adlanan Şəhriyar kimi müasir şairlərə qədər. Təbrizdə  Məqbərətüş-Şüarada (Şairlər Qəbristanlığı) dəfn olunmuş şairlərin çoxunun şerləri dəri dilindədir və bu şerlərin oxşarı İranın heç bir yerində yoxdur.

İndi, əgər xanım Səbri, cənab Kamrani və onların həmfikirlərinin ana dili dedikdə məqsədləri türkizasion (türkcələşdirmə), iranlı sözləri aradan qaldırma və onları türk sözləri ilə əvəzləmək prosesidirsə –Arranda (qondarma Azərbaycan Respublikası) və Anadoluda (yeni qurulmuş Türkiyə) dil emalı ilə baş tutduğu kimi (əlbəttə, Anadoluda etnik təmizləmə, kürdlərin və ermənilərin qətliamı, türk dövləti-milləti yaratmaq proqramı çərçivəsində oldu) – əmin olsunlar ki, bu proses əsl Azərbaaycanda baş tuta bilməz. Əgər ana dili dedikdə məqsəd bölgə dillərini qoruyub saxlamaqdırsa, belə bir hədəfibölgə nəşriyyatı, media və hal-hazırda fəaliyyət göstərən əyalət televiziyaları, həmçinin hər bir məntəqədə, o məntəqənin şərait və durumuna uyğun olaraq ana dilinin elmi təlimi və bir neçəkurs tədrisilə elmi şəkildə, əlbəttə, milli dilin yanında təmin etmək olar. Bu məsələ konstitusiyanın 15-ci maddəsində də öz əksini tapmışdır. Nəinki, bütün dərslər hər məntəqədə bölgə dilində keçirilsin. Əgər tibbi sahədə Kürdüstanda bütün ixtisaslaşmış dərslər kürd dilində öyrədilsə, sonra həmin həkim Azərbaycana ezam olunsa, necə xidmət göstərə biləcək?Ana dilini qorumaq bəhanəsi ilə milli vəhdətin simvolu olan milli dili zəiflətmək düzgün deyil. Ana dilinin öyrədilməsi və ana dilində öyrənmək iki ayrı-ayrı kateqoriyalardır. Üstəlik, bölgə dilləri İranda heç vaxt təlim və yazı dili olmamışdır. Ədəbiyyat mətnlərini, səfərnamələri, hökumət fərmanlarını və digər qaynaqlar göstərir ki, yazı və dərs dili, ədəbiyyat və divanlar dəri (fars) dilində olmuşdur. Hətta son min ildə qəznəvilər, səlcuqilər, monqollar, elxanilər, teymurilərdən ibarət türk və türkmənlərin hökmranlıq etdiyi bir dövrdə də belə olmuşdur. Türk, yaxud türksoylu bəzi sultanların dəri dilində şerləri vardır. Başqa sözlə, türklər də digər hücumçu və işğalçılar kimi İran dili və mədəniyyətində istehlak olublar. Dəri dilinin inkişaf və tərəqqisi də elə həmin dövrdə baş tutub. Bütün dünya ölkələrində milli dilin yeri ortaq dil kimi qorunur. Fransanın və Kaliforniya əyalətinin bir neçə dildə təlimə mane olmaları bunu təsdiq edir. Fransız dilli birisi İngiltərədə yaşayırsa, özünü ingiltərəli bilmirmi? Yaxud alman dilli birisi Fransada yaşayırsa, fransalı deyilmi? Amerika miqrantları qəbul edən ölkədir. Ana dili ingilis dili olmayan uşaqlar ASL məktəbində əvvəl WİDA sınağı ilə qavrama səviyyəsi və onların rəsmi dili nə qədər bilmələri yoxlanılır, sonra iki il müddətində ana və rəsmi dillərdə dərslər keçirilir, üçüncü ildən başlayaraq rəsmi dildə təhsilini davam etdirir. Üstəlik, dəri dilinin İranda olan yeri ilə ingilis dilinin Amerikadakı yeri müqayisə olunası deyil. İtaliyanin ali məktəbinin akademik tədqiqatına və Livanda aparılan araşdırmalara əsasən, iki, yaxud bir neçə dildə təlim öyrənmədə fikirin yayınmasına səbəb olmur, üstəlik, məfhum və mənanın daha sürətli köçməsi və anlayışılmasına, öyrənilməsinə kömək edir. Baxmayaraq ki, xanım Səbri İranın əməlini “BMT-nin adlandığı kimi, etnik soyqırım”adlandırır. Əlbəttə, bu əsassız bir sözdür və İranda heç vaxt etnik ayrıseçkilik olmamışdır. Lakin, adı çəkilən adamın məhz xəbəri olması üçün xatırladırıq ki, BMT-nin 1992-ci il qətnaməsinin 2-ci maddəsində bölgə dilləri və azlıqların dillərinin qorunması rəsmi olaraq tanınmışdır. Lakin həmin qətnamənin 8-ci maddəsində açıq-aşkar bildirilir ki, bu bəyannamənin qərarları ölkələrin hakimiyyəti, ərazi bütövlüyü və müstəqilliyi ilə müxalifət çərçivəsində məna etmək olmaz. YUNESKO-nun meyarlarına əsasən, İranda bölgə dilləri təhlükəsizdə deyil. Bundan əlavə, 1998-ci il Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində müharibə cinayətlərinin nümunələrini saydıqdan və onları qadağan etdikdən sonra vurğulayır ki, dövlətlərin haqqı vardır ki, bütün qanuni vasitələrdən istifadə etməklə ölkəsinin vəhdət və ərazi bütövlüyünü müdafiə etsin.

Hər bir ölkənin milli vəhdəti qorumaq və möhkəmləndirmək, millətçilik nifrətinin qarşısını almaq üçün təsirli qanun və icra işləri vardır. 1789-cu il Fransada İnsan Hüquqları Bəyannaməsində təkid olunur ki, millətçilik nifrətinin ciddi nəticələrinə diqqət etməklə dövlətlər ölkənin təhlükəsizliyini və digər mülahizələri nəzərə almaq məqsədilə onunla mübarizə etmək üçün qanunlar qoymağa haqlıdırlar. Həmçinin, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsiölkənin ərazi bütövlüyü və sosial təhlükəsizlliyini qorumaqməqsədilə belə bir haqqı dövlətlər üçün qoruyub saxlamışdır. Mülki və Siyasi Hüquqlar Haqqında Paktın 19-cu maddəsində belə bir mülahizə gözə dəyir. Belə qanunların nümunələri istər daxili, istərsə də beynəlxalq qətnamələrdə çoxdur.

İranın milli dili üzərində düşünməyimiz münasibətsiz deyil. Xanım Səbri və cənab Kamraninin gümanına görə guya fars milləti! çox kobud və qeyri-mədəni formada öz dil və mədəniyyətini İranın digər millətlərinə keçirtmişdi. Cənab Fərhəng Cahanpur cavab verdikdə qeyri-ekspert yanaşma ilə deyir ki, “İranda ən böyük millətin dili fars dilidir. Ona görə də fars dili azərbaycan, kürd və bəluç dillərilə müqayisədə biraz qabardılır”. Doğduran da belədirmir? Dəri (fars) dili fars milləti və əyalətinə məxsusdur və digər iranlı millətlərin onda payı yoxdurmu? “Dəri dili bütün iranlılarındır” adlı digər məqalədə dilçilik və tarix baxımındanbu məsələ barədə geniş yazacağam və o mövzunu burada açmağa macal yoxdur. Xülasə şəkildə deyilməsi lazım olan budur ki, bu günləri İranda fars, Tacikistanda tacik, Əfqanıstanda dəri (dari) adlanan dil İranın şərq yaylasında formalaşmışdır və onun mənşəyi fars əyaləti deyil. 3-4-cü hicri əsrlərində İran dili və mədəniyyətinə xüsusi əhəmiyyət verən Samanilər dövlətinin meydana gəlməsi dövrlərində pəhləvi dilinin təkamül və inkişafının hasili olan (saraya mənsub)dəri dili,ərəb dilininmüfrədlərini (sadə kökdən olan sözlərini) götürmək və onu iranlı dil üslublarında hallandırmaqla formalaşaraq təkmilləşdi və ədəbiyyat dililndə divana çevrildi. Necə ki, ilk olaraq soğdi (soğdak) və xarəzmi kimi iranlı şərq ləhcələrindən təsirləndi və elə ki qərbə gəldi azəri-pəhləvi, kürd, talış, aran ləhcələrindən təsirlərndi, yaylanın cənubuna yayıldıqda İranın cənubunun lor, xuzı və pəhləvi dillərinə mənsub olan fars əyalətinin digər yerli dillərindən təsirləndi. Onun nümunələrini Sədinin muləmməatında da görürük. Həmçinin, Xorasanda Ənvəri, Dəqiqi, Rudəki, Firdovsi, Azərbaycan və Qafqazda Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi kimidəri dilində yazan şairlərdən fars əyalətinin şairləri olan Sədi və Hafizdən irəlidədirlər. Ona görə də bütün iranlı dilləri, başlıca olaraq iranlı tayfalar dəri dilinin formalaşmasında, hətta onun fonetik qayda-qanunlarında şərikdir.

Dəri dili pəhləvi dilinin təkamül və inkişafının hasilidir və biz bilirik ki, pəhləvi dilinin müxtəlif ləhcələri İran yaylasının hər yerində rəvan dil olmuşdur. Ona görə də onu hansısa millət və əyalətə məxsus və məhdud etmək, fars və tacik dili adlandırmaq düzgün və elmi deyil.

Dəri dili bütün iranlıların  ədəbiyyat, hökumət, həmçinin təlim və yazı dili olub.  Bölgə dilləri heç vaxt yazı və təlim dili olmamışdır. Bu məsələ müasir dövrün məhsulu deyil. Çünki dəri dili İranda modern dövlətin meydana gəlməsindən öncə təlim və yazı dili olmuşdur. İndi belə bir sual ortaya çıxır: Nə üçün bu dil fars dili adlandı? Qədim dövrlərdə midiyalıların ərazisini Midiyaİmperiyası, partların ərazisini Part ölkəsi və parsların ərazisini Pars ölkəsi adlandırırdılar. Baxmayaraq ki, onların hamısı iranlı tayfalardan və bir ortaq kökdən idilər. Parslar iranlı tayfalardan biri olaraq Böyük Həxamənişi və Sasani dövlətlərini yaratdılar. Ona görə də qədim zamanlarda bütün İran ölkəsini pars adlandırırdılar. İslam dövründə tarixçilər və coğrafiyaçılar ölkənin hamısını “Məmləkətul-furs” (Fars məmləkəti) və onun ardınca ortaq kökdən olan bütün İran dillərini “luğətul-furs” (fars lüğəti) adlandırdılar. Son vaxtlara qədər avropalılar İranı (Perşia) adı ilə tanıyırdılar. Birinci pəhləvi dövründə düzgün olaraq belə adlandırma ləğv edildi. Lakin bunun ardınca qaydaya uyğun olaraq dilin adı da farsdan iranlı dilinə və elmi şəkildə dəri dilinə dəyişdirilməli idi. Çünki bütün İran ölkəsi fars milləti və əyalətinə məxsus olmadığı kimi bu dil də fars milləti və əyalətinə məxsus deyil. Ona görə də millətçilərin fars xalqının öz dil və mədəniyyətini digər xalqlara icbari şəkildə yaymaları barədə iddialarının heç bir elmi və tarixi əsası yoxdur.

Pərgar verlişinin digər iştirakçısı Saleh Kamrani başqalarına nisbətən daha radikal mövqe tutmuşdur. Onun çıxışı peyk antenasından yayımlanan Günaz TV milliyətçı nifrəti yaymaq hədəfilə və təhrif etmək, məlumatsız insanları aldatmaq məqsədilə olan çıxışlar iləuyğundur. Güya Azərbaycan xalqı farsların zülmü altındadır! Azərbaycanlıların öz övladlarına türk adı qoymaqa haqları yoxdur. Azərbaycanlılar zülm altında qalaraq öz məişətlərini təmin etmək üçün ölkənin cənub limanları kimi çox isti bölgələrdə fəhləlik etməyə məcburdurlar. İranda büdcə də ehtiyaca əsasən bölünmür və fars əyalətləri daha çox dövlət büdcəsi alır! Güya Urmıya gölünü də farslar qurudub! Müasir İran yaranmazdan qabaq Azərbaycan müstəqil ölkə olmuşdur! Məşrutə hərəkatı və Şeyx Məhəmməd Xiyabaninin qiyamı və Pişəvərinin başçılığı ilə Demokrat Firqəsinin bir illik hökuməti azərbaycanlıların İrandan ayrılması üçün cəhdləri olmuşdur, lakin bütün bu hərəkatlar farsların mərkəzi dövləti tərəfindən dağıdılıb! Saleh Kamraninin fikrincə humanitar nailiyyətləri təzmin etmək üçün ən yaxşı yol Azərbaycanın müstəqil olmasıdır.

Belə əsassız iddialara cavab vermək fikrində deyilik, amma Saleh Kamraninin məhz məlumatı olması üçün deyirik: Azərbaycanda övlada ad qoyma heç vaxt türklərin adət-ənənəsi üzrə olmamışdır. Türk-altay mədəniyyətində övlad dünyaya gəldikdə ata öz xeyməsindən çölə çıxırdı və gözünə toxanan ilk əşyanın adını ovladına qoyurdu. Məsələn, Alptəkin, Səbüktəkin, Qazan (qazan mənasınadır və monqol elxanilərdən birinin adı belə adlanırdı). Belə bir adət Azərbaycanda yoxdur. Hətta, İranda pasport verilməsindən qabaq azərbaycanlılar öz övladlarına iranlı adları seçirdilər. Günümüzdə də belədir. Bəhmən, Qudərz, Söhrab, Rüstəm, Mənuçöhr, Cəmşid, Firudin, Gülbanu, Gülsəba, Nəstərən, Nərgiz, Firiştə, Ladən, Lalə və bunlar kimi adlar.

Saleh Kamrani yalnız İranın isti bölgələrində işləyən fəhlələri görür, amma ölkənin ucqar nöqtələrində xidmət edən azərbaycanlı həkim və mühəndisləri görmür. Onun fikrincə, Azərbaycanın sərvətiqarət olunur, pay bölünməsi ədalətsizliklədir və Azərbaycan məhrumiyyətdə qalmışdır. Əgər ondan soruşsaq necə olur ki, Təbriz petrokimyası Xuzistan nefti ilə işləyir, nə cavab verəcək? Sistanda, Yəzddə, Kermanda, Semnanda, Loristanda, Kürdüstanda, hətta İsfəhan və Farsda ölkənin məhrum yerlərinə səfər etsin və məhrumiyyətin mənasını dərk etsin. Məhrumiyyətlik varsa, bu ölkənin hər bir tərəfindədir və hansisa xas bir coğrafiya və ya əyalətə aid deyil. Xatırladırıq ki, Azərbaycan və xüsusən də Təbriz İranın sənayesinin mərkəzi hesab olunur və Tehrandan sonra ölkənin ikinci sənaye şəhəridir. Həmçinin, Azad Araz Zonası və iqtisadi və ticari mövqeiyyətə malik olan Muğan düzü Azərbaycandadır. Azərbaycan qədim dövrlərdən diqqət mərkəzində olmuşdur. Böyük Midiyanın bir hissəsi sayılan Azərbaycan, Kiçik Midiya adlanırdı. Sonralar isə Atropatkan adlandı. İslamdan qabaq Azərgüşnasp atəşgahının vücudi ilə hərbi quvvə başçılarının toplaşdığı bölgə idi. Elxanilər dövründə Təbriz, sonra Sültaniyyə İranın paytaxtı idi. Abbas Mirzə dövründən Təbriz “naibus-səltənə” (vəliəhd) qərargahı sayılırdı və müxtəlif dövrlərdə də belə olmuşdur. Azərbaycanlılar inqilabdan qabaqkı və sonrakı dövrdə ölkənin hökumət, ordu və orqanlarınınən yüksək vəzifələrində olmuşlar. İranda heç vaxt etnik ayrıseçkilik olmamışdır. İran Statistika Mərkəzinin verdiyi məlumata əsasən 1393-cü Günəş ilində Azərbaycanda aylıq gəlir orta olaraq 2 milyon 200 min tümən, Tehranda 2 milyon tümən, Sistanda 1 milyon tümən olmuşdur. BMT-nin internet saytı APOSTROPHE UN 1391-ci Günəş ilində Təbrizi İranın ən gözəl və inkişaf etmiş şəhəri adlandırdı.

Urmıya gölünün qurumasının da farslara aidiyyatı yoxdur. Əgər belə olsa labüd onda Zayənderud çayının quruması da pantürklərin işidir! Quruluğun yaranması və ekosistem problemlər son illərdə regional bir mövzuya çevrilmişdir və təkcə İrana aid deyil. Onun həlli də regional müdiryyətə deyil, geniş və milli idarəçiliyə bağlıdır. Hətta, məlum olduğu kimi cənab Ruhaninin dövlət kabinetinin ilk qərarı da Urmıya gölünün həlli məsələsi olmuşdur. Amma zahirən millətçilər, xüsusilə də pantürkçülər Azərbaycanda iqtisadi, ekolji və inkişaf problemlərinin həllinə heç maraqları deyillər. Çünki bu problemlər aradan qalxdığı surətdə onların etnik ixtilaflar yaratmaq üçün söykənəcək yerləri olmayacaq. Baxmayaraq ki, millətçilik nifrəti yaratmaq üçün ana dili, yerli musiqi və futbol klubu kimi alətlərdən yararlanırlar.

Azərbaycan heç vaxt İrandan ayrı olmağa cəhd etməyib və tarix boyu heç vaxt bu adla bir ölkə mövcud olmayıb. Rüsvayçı Gülüstan və Türkmənçay müqaviləsindən sonra ayrılmış Arazın o tayındakı ərazi tarixi mətnlərdə Albanıya və Aran adlanır. Sonra isə qondarma Azərbaycan Respublikası adını ona seçdilər və belə bir qondarma adlanmaya etiraz etmək haqqı həmişə İran xalqı və dövləti üçün qorunur. Saleh Kamranının iddiasının əksinə olaraq Məşrutə hərəkatı İrandan ayrılmaq üçün deyil, ölkənin ərazi bütövlüyünün qorunması məqsədi daşımışdır. Azərbaycanlılardan başqa bəxtiyarilər, gilanilər, xorasanlılar, qafqazlılar və bütün iranlı xalqlar bu hərəkatda iştirak etmişdir (5). Milli sərkərdə Səttarxan öz evinin üstünə rus bayrağının sancılmasına razı olmadı və yeddi ölkəni İran bayrağı altına gətirməyi arzu edirdi (6). Siqətul-islam “cavid İran” fəryad etdiyi bir halda edam olundu. Ona görə də Məşrutə hərəkatını millətçi və etnik özünüdərk hərəkatı kimi tanıtmaq bilgisizliyin ən yüksək formasıdır. Həmçinin, İranın müstəqilliyinin qorunması üçün inglis və rusların müdaxilələrinin qarşısını almaq məqsədilə baş tutmuş Şeyx Məhəmməd Xiyabaninin qiyamıda belədir. 1299-cu Günəş ili fərvərdinin 19-da Təbrizdə verilmiş bəyannamə bunu təsdiq edir. Şeyx Məhəmməd Xiyabani  musavatçıların Aranı Rusiyaya birləşdirmək məqsədi ilə onu qondarma Azərbaycan adlanmasına etiraz olaraq əsl Azərbaycanı “Azadistan” adlandırdı.

Saleh Kamraninin BBC televiziyasında çıxışının maraqlı hissəsi yadların Cəfər Pişəvərinin başçılığı ilə yaratdığı Demokrat Firqəsi barədə açıqlamalarıdır. Sovet İttifaqının parçalanmasından sonra bu ölkənin gizli arxivindən yayılan yeni sənədlərə görə Demokrat Firqəsi 1324-25-ci illərdə və İkinci Dünya Muharibəsi sona yetdikdən sonra, Qırmızı Ordunun İranın şimal ərazilərindən çıxmaq istəməməsinin ardınca şəxsən Stalin tərəfindən kommonist sovet müstəmləkəçiliyi məqsədilə yaradılmışdır (7). Onun məramnaməsi Sovet İttifaqında hazırlandı və Pişəvəriyə çatdırıldı. Bu firqəni yaratmaqda məqsəd Azərbaycanı İrandan ayırmaq və onu Sovetlər Birliyinə birləşdirmək olmuşdur. Sovetin Demokrat Firqəsinin və Pişəvərini maliyyə və silahla dəstəkləməsi heçkəsə gizli deyil. Hatta, firqənin hüzn geyimi də rus əsgərlərinin geyimi idi. Onunla eyni zamanda Sovet İttifaqı tərəfindən Kürdüstanda Qazi Məhəmmədin başçılığı ilə digər bir Demokrat Firqəsi yaradıldı. O da Sovet İttifaqına birləşmək və müstəmləkəçilik məqsədilə formalaşdırılmışdı. Müharibə qalibi olan digər ölkələrin ultimatumu və İranın Beyəlxalq Məlisə şikayətindən sonra Qırmızı Ordu İrandan çıxmağa məcbur oldu. Bununla da firqənin ölüm zəngi çalındı. Qırmızı ordunun İrandan çıxması ilə heç bir sosial bazası olmayan firqələr Azərbaycan xalqı tərəfindən dağıdıldı. Hətta, İran qoşunu çatmazdan qabaq Təbriz əhalinin əlinə keçmişdi. Pişəvəri və tərəfdarları Sovet İttifaqına qaçdılar. Onların çoxu Stalinin və Bağırovun qonaqlığından bəhrələndi və Sibirə sürgün olundu! Pişəvəri qabaqcadan hazırlanmış avtomobil qəzasında dəyərsiz canını itirdi. Çünki işlənmə tarixi sona çatmışdı və məhz Saleh Kamraninin bilməsi üçün deyirk ki, belə bir aqibət özgə ipi ilə quyuya düşənlərin hamısı üçün vardır.

Simin Səbri və Fərhəng Cahanpur İranın problemlərinin həll yolunu federal quruluşun yaradılmasında görürlər! Amma federalizm İranın bir-birinə möhkəm qarışmış camiəsində icra edilə bilərmi? İmmanuel Kantfederal dövlətlərin təşkilinin ixtilaflar deyil, dünya sülhünə uyğun və ortaqlıqlar əsasında olduğunu deyir. Müəyyən hədd və sərhəd coğrafiyasında tanınmış təmamilə müstəqil bölgələr ortaq maraqlar çərçivəsində bir yerə toplanır və öz ixtiyarlarının bir hissəsini federal dövlətə verirlər. Almanıya və Amerikada olquğu kimi. Federalizm dünyada tanınmış standartlara malik deyil, amma müasir formaya, federal dövlətə, xarici siyasətə, pul və valyutaya, ordu və hərbi quvvəyə malikdir. Məhkəmə və hüquq sahələrində hər bir əyalətin özünün daxili qanunları vardır. Buna əsasən mümkündür ki, bir əməl bir əyalətdə cinayət hesab olunsun, amma digər əyalətdə cinayət hesab olunmasın. Başlıca olaraq bir federal quruluşun təşkili üçün əyalətlərin hədd və coğrafiyasının müəyyən olmasıdır. Qarşılaşdığımız sual budur: federalizm İran kimi bütöv və xalqı vahid olan bir ölkədə necə icra ediləcək? İran tayfa və qəbilələrinin yeri heç vaxt müəyyən hədd və coğrafiyada olmayıb. Muasir dövrün məhsulu olan idarə və əyalətlərə bölünmə milli kimlik məfhumu daşımır və əsasən büdcələşdirmək və idarəçiliyə görə bölünmüşdür. Bəzi hissələri idarəçilik və əyalətə bölünməzdən qabaq və qədim zamandan kürdlər məskunlaşmış Qərbi Azərbaycan əyaləti kimi əyalətlərdə etnik sərhədləşmə necə baş tutacaq? İranlı tayfalar arasında süni sərhədlər yaratmaq ixtilaflara səbəb olacaq və dava-dalaşdan başqa bir şey yaratmayacaq. İran ümumi mülkdür və bir xalq çərçivəsində tərif olunur.

Desentralizasiya lazımdır, lakin hər model hər bir yerdə uğurlu deyil. Desentralizasiya, İranda regional modellərlə, məsələn, Məşrutə konstitusiyasında nəzərdə tutulduğu, lakin icrası natamam qalan bölgə və əyalət modellərli formasında baş tuta bilər. Qərbdə tayfa-qəbilə terminindən başa düşülən məna ilə İranda bu termindən başa düşülən məna fərqlidir. Avropalı etnik tayfalar ağır qanlı müharibələr keçiblər. Belə bir qırğınlar İranda olmamışdır. İranlı tayfalar qədim zamandan bir yerdə və bir ümumi mədəniyyət ərazisində yaşayıblar. Kembric Universitetinin Maziar Aşrafian Bonabın rəhbərliyi ilə “mather DNA” genetik tədqiqatına görə İran yaylasında insan yaşayışının 10-11min il tarixi keçmişi vardır və iranlı qəbilələr arasında soy bağlılıqları elə bir həddədir ki, İran yaylasında tayfa və qəbilədən soz açmaq mümkün deyil. Modern və keçmiş dövlət-millət məfhumunun 17-ci əsrə aid olsa da Habsam və Antoni Smit nəzəriyyələrinə uyğun olaraq, İran kimi qədim ölkədə ənənəvi şəkildə dövlət-millət anlayışı olmuşdur. “İran etnik qrupları və İran kimliyi” adlı ayrı yazıda İran xalqlarının ortaq xüsusiyyətləri və ortaq kimlikləri barədə geniş söz açacağıq. Hazırkı məqalədə sığan budur ki, iranlı tayfaların birləşməsi və inteqrasiyası müasir dövrdən çox-çox qədimdir. Əhəmənilər İmperiyasının imperatoru Kirin anası maday, Nizami Gəncəvinin anası kürd, Xaqaninin anası ermənidır. Bu gündə İranda bu bütövlük və inteqrasiya mövcuddur. Anası kürd, nənəsi Xorasanlı, atası Loristanlı olan bir şəxs milliyyətçilərin tərifində hansı millət və etnik qrupa mənsubdur. İranlı etnik qruplar vahid bir millət şəklində öz düşmənləri qarşısında birləşiblər. Madayalar, elamilər və babillilər bir-bilərinin köməyinə gələrək Aşşura qalib gəldilər. Yunanlar düzgün olaraq maday və parsları eyni olaraq yazırdılar. Özlərininəhrəməni parslarla müharibələrini də “Midi” müharibələri adlandırırlar. Firdovsiİranın milli qəhrəmanlıq dastanında gili, xorasani, azəri, lor, kürd, xuzi və s. olmaqla bütün iranlı ellərin Turanlı Əfrasiyaba qarşı birləşməsindən söz açır. Monqol hökmdarıMöngkə qaan Hüluki xana tövsiyə edir ki, İranı ələ keçirmək üçün lorları və kürdləri yatırmalısan. Bütün iranlı etnik qruplar Səddamın güllələrinin qarşısında sinələrini qalxan etdilərvə Ana Vətənin qarış-qarış torpağını müdafiə etdilər. İran xalqının 8 illik müharibədə qəhrəmanlıq və rəşadətləri tarixə yazılıb və bu müxtəsər yazıda ondan söz açmağa macal yoxdur. Unutmaq lazım deyil ki, Səddam İrana hücum edəndə iranlı etnik millətlərə fars millətinin şovizmindən qurtaracağını söz verirdi. Yadımızdan çıxmayıb ki, İrana qarşı hansı cinayətləri törətdi.

Millətçilik toxumu səpmək və etnik ixtilaflar yaratmaq İranı zəiflətmək və onun vəhdətini dağıtmaq, parçalamaq üçündür. ABŞ Konqresinin üzvü və AİPAC-ın lobbisi Ronaba Ker bu yolu İranı zəiflətmək üçün ən münasib yol bilir və ABŞ-ın sabiq xarici işlər naziri Hillari Klintona yazdığı məktubunda Azərbaycanı İrandan ayırmağı tövsiyə edir. Danaro Rayçer İranın Azərbaycan və Bəllucistan bölgələrinə tezliklə bücdə ayırmasının zəruriliyindən danışır. Beləcə də BBC televiziyası yüksək mediadan yararlanmaqla öz istəklərini İran xalqının ümumi fikrinə yeritmək məqsədilə hərəkətə keçir.

Modern camiədə millətçiliyə pis baxılır. Ən azından cənabların özlərinin modern camiə barədə təriflərinə əsasən. Müasir camiədə insanlar tayfa və qəbilə bağlılıqlarından uzaq, dəri rənginin fərqina varmadan, ideoloji bağlılıqdan ayrı, insan və vətəndaş hüquqlarına malik bir şəkildə yaşayır. Belə bir camiədə insanlar hörmət və böyüklük qazanırlar. Modern camiə etnik hüquqlara bağlı toplum deyil. Onda necə olur ki, Daryuş Kərimi və Pərgar verlişinin digər iştirakçıları, ümumiyyətlə modern camiə yaratmaq istədiklərini iddia edən milliyyətçilər, millətçilik nifaqı salırlar? Qalib millət fars və məğlub qeyri-fars millət yaradırlar. Sonra iranlı tayfaların hər biri üçün qeyri-iranlı kimlik tərif edirlər? Modern camiədə millətçiliyi yaymaq mürtəce yanaşma və geriyə qayıtma deyilmi? Demokratiya bəşər cəmiyyətinin idealıdır. Amma bilgisiz insanları aldatmaq demokratiyanın zərəridir. Millətçilik də camiədə demokratiya prosesinin qarşısını alan amillərdən biridir.

Və amma Vətən, təkcə su və torpaq demək deyil. Baxmayaraq ki, su və torpaq da vətəndəndir. Vətən bir kimlik, mədəni irs və sivilizasiyadır, xüsusi olaraq İran barədə ayrı məna və məfhum tapır. İran öz qədim mədəniyyəti, parlayan sivilizasiyası ilə bəşər sivilizasiyanın inkişafında layiqli rol ifa etmişdir. Vətən ev, yurd, xüsusi ərazidir və öz ev, yurd, xüsusi ərazisini müdafiə etmək təkcə insanlara aid deyil, bütün canlı varlıqlar instinktiv olaraq öz yurd-yuvalarını müdafiə edirlər.

Əllamə Dehxudanın gözəl sözünün nümunəsi:

Hələ də uşaqlıqdan yadımdadır

Toyuqların yuvasına əl uzatdım

Dimdikləri ilə məni elə vurdular ki,

Gözümün yaşı damardan açılan qan kimi sıçradı

Atam mənim ağlamağıma güldü və dedi:

Vətənpərvərliyi öyrən toyuqlardan

                 

Kiyamehr Firuzu, Xalxal, 15/7/2015

Qaynaqlar:

– Tale Huşəng; “Tarixi təcziyeyi İran”, Tehran, Səmərqənd, 1388.

– Firuzi, Kiyamehr; “Azərbaycan tork nist”, Tehran, Be Nigar, 1387.

– Rza, İnayətullah; “Azərbaycan və Aran”, Tehran, Fəraz nəşriyyatı, 1390.

– Şuar, Məhəmmədrza; “Fərhəngi vajəqani kohən də zəbani emruz Azərbaycan”, Bəlx Nəşriyyatı, Nişapur müəssisəsi, 1378.

Həmçinin, aşağıdakı məqalələr:

– Nəvvabi, Mahiyar; “Zəbani konuni Azərbaycan”, Tehran, məcmueyi məqalat, 1355.

– Murtəza Mənuçohr; “Zəbani dirini Azərbaycan”, Təbriz, Azərbadqan Universitetinin Nəşriyyatı, 1354.

– Kəsrəvi, Əhməd; “Tarixi məşruteyi İran”, Tehran, Əmir Kəbir, 1383.

– Kəsrəvi, Əhməd; “Tarixi hicdəh saleyi Azərbaycan”, Tehran, Əmir Kəbir, 1350.

– Həsənəli, Cəmil; “Fəraz və forudi firqeyi demokrati Azərbaycan, be rəvayəti əsnadi məhrəmaneyi arşivhayi Şurəvi”, Mənsur Həmaminin tərcüməsi, Tehran, Ney nəşriyyatı, 1386.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button