AktualAktualArxivXəbər lentiXəbərlər

Yeni dərs ilində Azərbaycan dindarlarının narahatlığının təhlili

Qafqaz mədəniyyət mərkəzinin məlumatına görə,Azərbaycan Respublikasında yeni dərs ili başlandı və bununla eyni zamanda hələ də bu ölkənin universitet və orta məkləblərində islami hicab qadağan olduğuna görə dindarlar narahatdır. Yeni dərs ilinin başlanğıcındaSumqayıt Dövlət Universitetində hicablı tələbəlrin universitetə girmələrinə maneçilik törədilib. Həmçinin, bir sıra orta məktəblərdə və təhsil ocaqlarında müdiriyyət tərəfindən hicablı qızların məktəbə girişinin qarşısı alınıb. Azərbaycanın təhsil mərkəzlərində hicab qadağasının davamı ölkə başçılarının daim təkid etdikləri dini tolerantlıqla uyğun gəlmir.

Azərbaycanın prezidenti İlham Əliyev bir çox çıxışlarında ölkənin məktəb və universitetlərində hicab qadağasının olmasını təkzib etmişdir. İlk dəfə 2010-cu ildə eyni məktəbli forması bəhanəsi ilə sabiq təhsil naziri Misir Mərdanov orta məktəblərdə hicabın qadağan olunması barədə göstəriş verdi. Bu göstəriş Azərbaycan konstitusiyası ilə uyğun deyil. Hicab qadağasının ardına ölkə inanclıları ayağa qalxdılar və 2010-cu il 10 dekabr tarixində Təhsil Nazirliyinin qarşısında aksiya keçirdilər.

Lakin bu aksiya təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldı. Hicab qadağasına etiraz olaraq dindarların ikinci aksiyası 2011-ci il mayın 6-da yenə Təhsil Nazirliyinin qarşısında baş tutdu. Bu aksiya da yenə polis qüvvələri tərəfindən kobudluqla dağıdıldı. Hətta, qadınlar da polis dəyənəyindən və təhqirindən amanda qalmadılar. Hicab qadağasının aradan qaldırılması barədə tələbləri həyata keçməyən dindarlar üçüncü dəfə 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısına toplandılar. Bu dəfə də aksiya polis qüvvələrinin kobudluğu ilə qarşılaşdı.

Hicab qadağasına etiraz etdiklərinə görə bir çox tanınmış ruhani, o cümlədən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs edilmişdir.

Azərbaycan Respublikasının inanclı kəsimi ilə eyni zamanda İran İslam Respublikasının xalqı da etiraz etdilər. Belə ki, təqlid mərcələri, alimlər və xalqın Azərbaycanda hicabın qadağan olunmasına etirazları Bakı-Tehran arasında gərginliyə səbəb oldu. Dindarların dövlətin anti-din siyasətlərinə etiraz aksiyalarının davam etməsindən qorxuya düşən Azərbaycan dövləti  2013-cü ildə öz anti-din siyasətlərində bir az dəyişiklik etdi və ölkənin bəzi bölgələrində hicab qadağasını aradan qaldırdı. Lakin əksər universitet və orta məktəblərdə hələ də hicab qadağası öz qüvvəsində qalıb. Hicab müdafiəçiləri bu yasağı tamamailə aradan qaldırmaq niyyətilə öz cəhdlərini bərkidiblər. Onlar ümid edirlər ki, gələn il tələbə və məktəbli qızların təhsil mərkəzlərinə daxil olmalarının qarşısı alınmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button