AktualAktualArxivXəbər lentiXəbərlər

Qafqaz təsvir və faktlar güzgüsündə adlı sərginin açılışı.

Bu gün Ərdəbilin mərkəzi kitabxanasında Qafqaz təsvir və faktlar güzgüsündə sərgisi açılmışdır. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən mühəqqiq universitetinin Azərbaycan mədəniyyəti inkişaf dəftərinin başçısı doktor Hüseyni sərginin açılış mərasimində qafqazın geostrateji mövqeyinə işarə edərək demişdir: regionda kiçikli-böyüklü çoxlu dövlətlər vardır.

Eləcə də tarixdə üçlük adı ilə tanınan üç vilayət vardır. Doktor Səccad Hüseyni qafqaz regionunun mədəni İranın bir hissəsi olduğunu və mədəni sənədlərimizin çoxunun həmin məntəqədə saxlandığını bəyan edərək artırmışdır: Səfəvi soltanlarının fars dilindəki fərmanları regionun mədəni sərvətidir.

O, Azərbaycanın İranın tarix və mədəniyyətindəki yerini vurğulayaraq artırmışdır: tarixi sənədlərə əsasən Səfəvi dövründə dövlət fərmanlarını həyata keçirmək üçün Azərbaycan hükmdarlarının potensiallarından istifadə olunurdu. Azərbaycanın həmin mövqeyi sənədlər vasitəsilə əsaslandırılmalıdır.

O artırmışdır: Səfəvi sənədlərinə gəldikdə isə  Tiflisin milli sənədlər mərkəzində saxlanılanların təsvir variantı hazırlanmış və Fars dilində yenidən oxunmuşdur.

Hüseyni sənədlərin ikinci hissəsi xüsusilə Gürcüstanı vurğulayır və Dağistan və Ermənistanı ehtiva edən sənədlərin fotosudur deyib davam etdirmişdir: qafqaz geostrateji bir regiondur. Mədəniyyət baxımından isə İran mədəniyyətinin bir hissəsi hesab olunur.

Ərdəbil Mühəqqiq nuiveristeti tarix kafedrasının elmi üzvü bildirmişdir: bizim tarixi vəzifəmiz Azərbaycanın, xüsusilə Qafqaz regionunun siyasi və mədəni məsələlərinə laqeyd qalmamaqdır. Çünki tarixi sənədlər iranlıların regionda, Gürcüstanın Osetiyasında olduğunu göstərir.

Hüseyni öz sözlərinin sonunda ərdəbillilərin evlərində həmin mövzu ilə əlaqədar çoxlu sənədlərin olduğuna işarə edərək xatırlatmışdır ki, ümum əhalidən istəyirik ki, sənədlərin itib-batmasının qarşısını almaq üçün onları elmi mərkəzlərə təhvil versinlər.

Çünki bir sənədin məhv olması milli hüviyyətimizin, milli vəsiqəmizin bir varağının məhv olması deməkdir.

Qeyd edək ki, sərgi cümələr istisna olmaqla bütün günlər saat 9-dan 18-ə kimi açıqdır. Sərgi Qafqaz mədəniyyət mərkəzi, Azərbaycanın mədəni inkişaf dəftəri və Ərdəbil əyaləti ümumi kitabxanalar baş idarəsinin təşkilatçılığı ilə keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button