ArxivŞəxsiyyətlər

Həzrət Ayətullah Şeyx Əbdülqəffar Qubainin həyatı

Həzrət Ayətullah Şeyx Əbdülqəffar Qubai, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı fəqihlərindən biridir. O, 1850-ci ildə (1266h. q.) Lənkəran şəhərində dünyaya göz açmışdır. Quran qiraəti, Gülüstan, Büstan, Nisabüs-sibyan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan kitabları və bir sıra ali səthli dini hövzə dərslərini məntəqənin alim və ruhanilərindən öyrənmişdir. Cavan yaşlarında 1870-ci ildə Nəcəfi-əşrəf dini hövzəsinə səfər edərək, bu nurlu diyarın Ayətullah-üzma Seyid Hüseyn Kuhkəməri, Ayətullah-üzma Mövla Məhəmməd Fazil İrəvani, Ayətullah-üzma Mirzə Həbibullah Rəşti, Ayətullah-üzma Şeyx Məhəmməd Həsən Mamqani kimi dəyərli alimlərindən bəhrələnərək, islam elmlərində ali mücdəhidlik məqamına çatmımdır.

Bu əzəmətli alim, təhsilini başa vurduqdan sonra Qafqaz məntəqəsinə geri dönərək, Quba şəhərində məskunlaşır. Orada elmi-dini fəaliyyətlərə başlayaraq, moizə, təbliğ, dini maarifləndirmə həmçinin şəri əhkamların bəyanı ilə məşğul olmağa başlaylır. Onun elmi şöhrəti hər yana yayılır. Elə bu səbəbdən də, elm və mərifət aşiqləri onun ətrafına toplaşır, dərsləri geniş rövnəq tapır. Şeyx, Qafqazın o dövrdəki böyük alimlərindən sayılırdı. Alimlər və xalq arasında xüsusi hörmətə malik idi.

Bu ilahi alim və əzəmətli fəqih 1917-1919-cu illər arasında (1335-1337 h. q.) dünyasını dəyişir. O Quba şəhər qəbristanlığında dəfn edilib.

Müqəddəs ruhu nur içində yatsın.
Cenubnews.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button