ArxivIslamXəbər lentiXəbərlər

Yəmənin Ənsarullah hərəkatı rəhbərliyi Ərəbistana xəbərdarlıq edib!

 Ənsarullah cəbhəsinin mətbuat xidmətinin üzvü cənab Nəsrəddin Amir bildirib ki, Sədə bütün yəmənlilərin simvoludur və artıq Ərəbistanın təcavüzünə qarşı bütün qəti cavab metodları müzakirəyə qoyulub.

Nur-az.com shia-news.com-a istinadən:
Ənsarullah cəbhəsinin mətbuat xidmətinin üzvü cənab Nəsrəddin Amir bildirib ki, Sədə bütün yəmənlilərin simvoludur və artıq Ərəbistanın təcavüzünə qarşı bütün qəti cavab metodları müzakirəyə qoyulub. O, deyib ki, Ərəbistanın Sədəyə təcavüzü yeni bir şey deyil və onlar 2009-cu ildə də, bu məntəqəni müxtəlif növ bombalarla bombardman etsə də, ağır xəsarətə məruz qalaraq geri çəkilmişdilər. Amma Ərəbistan tərəfindən çərşənbə axşamından başlayaraq beş günlük atəşkəs təklifində isə ziddiyyət görünür. Belə ki, Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr atəşkəs haqda məlumat verdiyi halda, birləşmiş qüvvələrin komandanı Əhməd əl-Useyri Sədəyə hücumların davamından söz açır. Bu özü daxildə bir növ anlaşılmazlıq və məğlubiyyətdən xəbər verir. Onlar təcavüzün əvvəlində Yəmən xalqının himayəsi, leqallaşma və legitimliyin bərpasından dəm vururdularsa, indi artıq bütün Yəmənin müqaviməti ilə qarşılaşıblar. Amma Ərəbistanın ölkəmizin dinc, zavallı əhalisinə sülhməramlı beynəlxalq cəmiyyət və xalqlar tərəfindən göndərilən humanitar yardımların qarşısını almasına gəldikdə isə bu açıq ləyaqətsizlik və bütün beynəlxalq konvensiyalara ziddir. Ali-Səud bizim aeroportlarımızı bombardman etməklə xalqımızı təzyiqə salaraq iradəsini sındırmaq qəsdindədirsə, çox səhv fikirdədir və bu şərait onların müqavimət əzmini və mövqeyini dəyişə bilməz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button