ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın Azərbaycandakı səfirliyindən mühüm təşəbbüs: Polad Həşimovun ailəsinə şəhid Qasim Süleymani medalı verildi

İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və İslam İnqilabı Rəhbəri Həzrət Ayətullahül-uzma Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib.

SəhərAzəri xəbər verir; Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.
Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaqnecad ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq.
“Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik.”

İrandakı mərcəyi-təqlidlər birmənalı olaraq, İslam torpağı yəni Qarabağ uğrunda canlarını fəda etmiş hərbçiləri şəhid sayırlar.

Xatırladaq ki, hələ ikinci Qarabağ müharibəsinin qızğın vaxtında İranın ali rəhbəri bütün torpaqların Azərbaycana qaytarılmasını istəmiş, bu torpaqların azad edilməsini Azərbaycan ordusunun haqq işi adlandırmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button