ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İmam Xamenei: “İslam Cümhuriyyətinin mövcudiyyəti bölgədə sabitlik mənbəyidir”

 İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qum xalqının “19 Dey” qəhrəmanlığı və günün aktual məsələləri barədə İran dövlət televiziyası ilə canlı müraciət (08.01.2021, – red.) edib. Söhbətinin əsas hissəsinə keçməzdən əvvəl insanların Şəhid Hacı Qasim Süleymani və Şəhid Əbu Mehdi Əl-Mühəndisin xatirələrini əziz tutmalarını yüksək qiymətləndirən İmam Xamnei vurğulayıb:

“Bu ixtiyari və qəhrəmancasına olan fəaliyyət insanların duyğuları, düşüncəsi və böyük motivasiyaları sayəsində ölkənin və millətin bədəninə yeni bir nəfəs verdi”.

Ali Rəhbər bu iki böyük şəhidin ildönümü münasibətilə İraq xalqının Bağdadda və bir sıra digər şəhərlərdə geniş və heyrətləndirici toplanışını da yüksək qiymətləndirib, həmçinin Sərdar Süleymani və Əbu Mehdinin yoldaşlarını (Purcəfəri, Müzəffəriniya, Tarimi, Zamaniniya) və onları müşayiət edən iraqlı şəhidləri də ehtiramla yad edib.

Ali Məqamlı Rəhbər Şəhid Sərdar Süleymaninin dəfnindəki Kerman şəhidlərini və Tehran səmasında faciəli təyyarə qəzasında ölən şəhidləri anaraq Uca Allahdan o əzizlər üçün mərhəmət və sağ qalanlara isə səbr və aramlıq diləyiblər. Ali Məqamlı Rəhbər əlavə edib ki, bu sahədə məsul şəxslərin də vəzifələri var ki, onlara çatdırılmışdır.

Ayətullah Xamenei ölkənin böyük nüvə alimi Şəhid dr. Möhsin Fəxrizadənin şəhid olmasının 40-cı gününə toxunaraq bildirib: “Bu yaxınlarda itirdiyimiz iki böyük elm xadimi Şəhid Fəxrizadə və Ayətullah Misbah Yəzdi, hər ikisi də öz sahələrində görkəmli şəxsiyyətlər idi. Onların dəyərli irsi qorunmalı və yolları ən yaxşı şəkildə davam etdirilməlidir”.

Çıxışının davamında söhbətinin əsas hissəsinə keçərək Qum xalqının “19 Dey qiyamı”nın həlledici təsirini vurğulayan Ali Rəhbəri bu hadisəni xatırlamağı və onun dərin məzmununu qorumağı zəruri olduğunu bildirib:

“19 Dey qiyamı” İran millətinin həyatının zirvə nöqtələrindən biridir, çünki bu millətin əzmini, iradəsini və bəsirətini göstərir. Buna görə də onun xatirəsi canlı qalmalı və gələcəyə aparan yolu işıqlandırmalıdır”.

Ayətullah Xamenei diktator, fasid və asılı Pəhləvi rejiminə qarşı xalqın toplanmış qəzəbini “19 Dey qiyamı”nın iki əsas mövzusundan biri hesab edərək əlavə edib:

“Bu qətiyyətli addım mahiyyətcə dini idi. Çünki bu addım təqlid-mərcəi kimi İmam Xomeyninin (rə) rəhbərliyinə, bəyanatlarına, danışıqlarına və dərslərinə bağlı idi. İmam Xomeyni (rə) 1341-ci il qiyamının ilk günündən etibarən xalqa dini əsaslara söykənərək rəhbərlik etdi”.

“19 Dey qiyamı” anti-Amerika və anti-hegemoniya qiyamıdır”

“Qiyamdan bir neçə gün əvvəl o zamankı ABŞ prezidenti Tehranda yozlaşmış, avtoritar və asılı Pəhləvi rejiminə 100% dəstək verdiyini bildirmişdi. Bu səbəbdən Qum xalqının Pəhləvi rejiminə qarşı hərəkatı həm də anti-Amerika hərəkatı idi. “19 Dey” dini və Amerika əleyhinə qiyam, həm də əslində İbrahim baltasının böyük bütə vurulan ilk zərbəsidir. O zərbələr bu günə qədər də davam edir.

Seçki rüsvayçılığı, qara dərili insanın bir neçə gündən bir qurban olduğu insan hüquqları, dünyanın, hətta Amerikanın dostlarının da lağa qoyduğu Amerikanın iddia etdiyi dəyərlərinin mahiyyətinin üzə çıxması, iflic iqtisadiyyatı, on milyonlarla işsiz, ac və evsiz insanlar ABŞ-ın acınacaqlı vəziyyətini əks etdirir. Əlbəttə, bu təəccüblü deyil, ancaq təəccüblü olan budur ki, bəzilərinin hələ də arzu və qiblələri Amerikadır.

Bəziləri ABŞ-la barışacaqları təqdirdə, ölkələrinin cənnət olacağını düşünürlər. Bu insanlar inqilabdan əvvəlki İrana baxmalıdırlar ki, ABŞ-ın dəstəyinin ölkənin irəliləməsinin qarşısını almasına, iqtisadi və elmi yoxsulluğun, fəsad və mədəni laqeydliyin yayılmasına necə səbəb olduğunu görsünlər. Eyni zamanda bölgədə Amerikaya qurban-sadağa gedən rejimlərin vəziyyəti də bu gün hamı üçün aydındır.

İrana qarşı 42 illik təzyiqinin əsas məqsədi inqilabdan əvvəlki cəhənnəm hökmranlığına qayıtmaqdır. ABŞ ilə bəzi avropalılar arasındakı fərq ondan ibarətdir ki, amerikalılar İran və bölgə üzərində əvvəlki hökmranlıqları üzündən bu vəziyyəti təkrarlamağa çalışırlar. Hamı bu pis məqsədə qarşı ayıq olmalıdır.

Amerikalılar nə qədər ki, bölgəyə hakim olmayıblar İran, İraq, Suriya, Livan və bölgədəki digər ölkələrdə sabitliyin pozulmasına çalışırlar. Bu məqsədi bəzən 1388-ci ildə İranda baş verən fitnəyə bənzər hərəkətlərlə, bəzən də İŞİD-i yaratmaqla həyata keçirirlər”.

Ali Məqamlı Rəhbər konqresə hücum və nümayəndələrin gizli tunellərdən qaçması kimi ABŞ-da yaşanan son hadisələrə toxunaraq əlavə etdi:

“Onlar 1388-ci ilin (2010-cu il, – red.) fitnəsində İranda təhlükəsizlik, xaos və vətəndaş müharibəsi yaratmaq istəyirdilər, amma uğursuz oldular. Allah 1399-cu (2021-cu il, – red.) ildə eyni şeyi onların başına gətirdi”.

“Bütün sanksiyaları ləğv etməlidir”  

“Qərb cəbhəsi və düşmənlər həqiqətən İran xalqına qarşı xəyanət, cinayət və xalqa qarşı əsassız bir düşmənçilik olan sanksiyaların sərt addımını dərhal dayandırmalıdır. Bütün sanksiyaları ləğv etməlidir. Əlbəttə ki, sanksiyaların qaldırılmadığını düşünərək ölkəni yaxşı idarə edəcək şəkildə iqtisadiyyat planlaşdırılmalı olduğumuzu dəfələrlə vurğulamışıq. Nəticədə sanksiyaların gəlişi və getməsilə və düşmənin hərəkətləri ilə çətinlik çəkməyək. Bu daxili imkanlara güvənmək və müqavimət iqtisadiyyatı siyasətini həyata keçirməklə mümkündür. Baxmayaraq ki, sanksiyalar tədricən təsirini itirir. Yəni qarşı tərəfin bir şeyi “edin” və ya “etməyin” sözü cəfəngiyyatdır. Millətə qarşı xəyanət və cinayət olan sanksiyalar qaldırılmalıdır.”

“İslam Cümhuriyyətinin mövcudiyyəti bölgədə sabitlik mənbəyidir”

“İslam Cümhuriyyətinin varlığı qeyri-sabitliyin aradan qaldırılmasına səbəb olur. Necə ki, hamı Suriya və İraqda bu həqiqəti gördülər. Bu səbəbdən İranın bölgədəki varlığı qətidir, olmalıdır və olacaqdır. İran səmalarında bir amerikalı təcavüzkar pilotsuz təyyarənin vurulması, yaxud Əynül-Əsəd bazasını (İraq) darmadağın edilməsi  İranın bugünkü hərbi qüdrətinin nümunələridir. Bu həqiqətlər qarşısında düşmən hesablamalarında və qərarlarında İranın gücünü və müdafiə qabiliyyətini nəzərə almalıdır.”

İranın uranın 20% zənginləşdirməsi  

“Bu məsələni ortaya atıblar ki, Amerika “Bərcam”a qayıtsın, ya qayıtmasın. İslam Cümhuriyyəti Amerikanın “Bərcam”a qayıtması barədə israr etmir və tələsmir. Daha doğrusu, bizim məntiqi tələbimiz sanksiyaların ləğvi və millətin qəsb edilmiş hüququnun qaytarılmasıdır. Bu ABŞ-ın və onun davamçıları olan avropalıların borcudur. Sanksiyalar götürülərsə, ABŞ-ın “Bərcam”a qayıtmasının mənası olar. Əlbəttə, tələblərimizdən biri olan (sanksiya müddətində dəymiş, – red.) ziyan mövzusu sonrakı mərhələlərdə davam etdiriləcəkdir. Ancaq sanksiyalar ləğv edilmədən ABŞ-ın “Bərcam”a qayıtması ölkənin ziyanına da ola bilər. Belə halda icra və qanunverici orqanlardakı vəzifəli şəxslərə qaydalara tam uyğun şəkildə və diqqətlə riayət etmələri tövsiyyə edilmişdir.

“Bərcam”ın öhdəliklərinin bir hissəsinin azaldılmasına dair parlamentin qərarı və hökumətin fəaliyyəti tamamilə düzgün və rasionaldır. Qarşı tərəfin özlərinə düşən bütün öhdəliklərini yerinə yetirmədiyi bir vəziyyətdə İslam Cümhuriyyətinin bütün öhdəliklərini yerinə yetirməsi mənasızdır. Əlbəttə, onlar öz öhdəliklərinə yerinə yetirsələr, biz də yerinə yetirəcəyik. “Bərcam”ın əvvəlindən dediyim kimi, hərəkətlər mütənasib olmalı və onların öhdəçiliyinin bizim işimizə və öhdəliyimizə mütənasibliyi olmalıdır. Əlbəttə ki, bu əvvəlcə edilməyib, amma indi edilməlidir.”

Gənclərin iş ruhyyəsindən düzgün istifadə olunmalıdır

“Ölkə gənclərinin işindən, ruhiyyəsindən və yaradıcılığından maksimum dərəcədə istifadə edilməlidir. Ancaq bu əvvəlki nəslin aradan qaldırılması demək deyil. Əlbətdə ki, bəzi orta yaşlı insanlar gənclər kimidir. Şəhid Süleymani 60 yaşında heç bir şeydən qorxmurdu, hərəkətliliyi, səyi və gərgin fəaliyyətləri heyrətləndirici idi”.

Koronaya qarşı ABŞ və İngiltərə peyvəndlərinin İrana girişi qadağandır …

Çıxşının sonunda koronavirus mövzusuna toxunan Ali Məqamlı Rəhbər İran Səhiyyə Nazirliyinə və korona xəstəliyinə qarşı sınaqdan keçirilmiş peyvənd istehsalında iştirak edənlərə təşəkkür edib, bu peyvəndi ölkənin qüruru adlandırıb. Ölkə daxilindəki hər hansı böyük işi inkar edən insanları tənqid edən İmam Xamenei elmi irəliləyiş qarşısında bu inkarlardan bəzi nümunələrə işarə edib.

ABŞ və İngiltərə peyvəndlərinin İrana girişini qadağan edən Ayətullah Xamenei deyib:

“Amerikalılar peyvəndi istehsal edə bilsəydilər, bu “Covid 19″-la bağlı problemlər ölkələrində olmazdı. Bir gündə Amerikada təxminən 4.000 nəfər ölür. Onlara heç bir etibar yoxdur, bəzən bu peyvəndlərdən millətlər üzərində sınaq üçün istifadə olunur. Əlbəttə ki, fransızlara da keçmiş tarixlərinə görə nikbin baxmıram, amma etibar etdiyimiz başqa ölkələrdən peyvənd ala bilərik”.

Ayətullah Xamenei çıxışının sonunda İran xalqına, Qum şəhərinin əhalisinə və Elmi Hövzəyə müraciət edərək xatırladıb:

“Dünən İran xalqı birlik, əzm, dindarlıq, vaxtında meydanda olmaq və mübarizə nəticəsində bu böyük inqilabı yaradaraq dünya və bəşər tarixinin gedişatını dəyişdirə bildi. Bu gün də daha çox qüdrətə, təcrübəyə və imkanlara sahib olan millət, milli valyutanın dəyəri, istehsal kimi iqtisadi məsələlərdə və mədəni, siyasi və hərbi məsələlərdə bütün maneələrə qalib gələ bilər”.

Qeyd edək ki, “19 Dey qiyamı” İslam İnqilabının ən əlamətdar tarixlərindən biridir. Həmin dövrdə Pəhləvi rejiminin ruhanilərə qarşı təhqiramiz məqalələr, xüsusilə də Əhməd Rəşidi Mütləqin Ayətullah Xomeyniyə (rə) qarşı “İttilaat” qəzetindəki təhqiramiz məqaləsinin davamlı dərc olunması xalqın qəzəbinə səbəb olur. Həmin dövrdə İran şəhərləri arasında Qum xalq etirazlarının mərkəzi idi. Bu səbəbdən bu gündə (19 dey) elmi hövzələr dərsləri tətil edərək məsələyə etiraz edirlər. Həmin gün tələbələrin tətilinə əlavə olaraq Qum bazarı da İmam Xomeyniyə (rə) dəstək olaraq bağlanır. Qumda yaşanan bu hadisələrin ardından etiraz dalğası və İmam Xomeyniyə dəstək çıxışları bütün ölkəyə yayılır.

Giperssilka 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button