ArxivXəbərlər

İŞİD təhlükəsi Azərbaycanada çatır

“İraq Şam İslam Dövləti” silahlı qruplaşması Azərbaycan dövlət rəmzlərinə qarşı təxribata yol verib.
APA-nın məlumatına görə, silahlı qruplaşma üzvləri sosial şəbəkələrdə çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə ərazisində “islam dövləti”ni quracaqlarını bəyan ediblər.
Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi –MTN bu barədə xəbərdarlıq edib.
Qeyd edək ki, dini tolerantlıq adı altlında Azərbaycan Respublikasında vəhhabilər və sələfilərə geniş fəaliyyət bazaları yaradılıb. Onlar Suriyada xalqa və hökumətə qarşı vuruşmağa da ezam olunublar. Azərbaycanlı vəhhabilərdən onlarla nəfəri Suriyaya ezam olunduqdan sonra, “İraq Şam İslam Dövləti” silahlı qruplaşması tərkibində də olub, bəzən də öldürülüblər. Azərbaycanda hələdə bəzi medialar və qurumlar İŞİD terrorçularını mücahid adlandırmaqdan çəkinmirlər. Hökumət isə onların təhlükəsini birdəfəlik yığışdırmaq əzmində deyil./musavat/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button