ArxivXəbər lentiXəbərlər

290 min nəfər Biləsuvar keçid məntəqəsindən gəliş-gediş edib

Biləsuvarın fərmandarı deyib: “Bu il 290 min nəfər İran və Azərbaycan vətəndaşları Biləsuvar gömrük-keçid məntəqəsi vasitəsilə gəliş-gediş edib.”

Qafqaz Mədəniyyət Mərkəzi – Bazar ertəsi günü Biləsuvar gömrük-keçid məntəqəsində olan Həsən Qubadi deyib: “Biləsuvar gömrük-keçid məntəqəsinin iş fəaliyyətinin 24 saat olmasına diqqət etməklə hər gün gömrük vasitəsilə 3100 nəfər gediş-gəliş edir. Onların çoxunu Azərbaycan Respublikası vətəndaşları təşkil edir.”

Fərmandar əlavə edib: “Biləsuvar sərhədində ikinci gömrük xəttinin genişlənməsi layihəsi 96 faiz fiziki irəliləyişlə həyata keçməkdədir. İndiyədək dayanacaq, namazxana, üstüörtülü tikililər, yük maşınları üçün X-Rayların quraşdırılması, hamam-tualet kompleksi, maşın qarajları, yaşıllıq işləri başa çatmışdır.”

Həsən Qubadi bunu da vurğulayıb ki, sözügedən layihə 6 hektar ərazidə, 160 milyard rial vəsaitlə artıq başa çatmaq üzrədir. Bu il Dövlət həftəsində ölkənin və əyalətin rəsmilərinin iştirakı ilə açılışı nəzərdə tutulub.

Qeyd edək ki, Ərdəbil əyalətinin tək fəal gömrük-keçid məntəqəsi Biləsuvarda yerləşir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button