AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağ sülh razılaşması və Türkiyənin onda rolu-Təhlil

Qafqaz Həqiqətləri – Qarabağ sülh Bəyanatı ilə bağlı hər cinah özünün xas təhlilini verir, öz maraqlarına uyğun izah verir. Lakin atəşkəs Bəyanatına diqqət etməklə tamamilə aydın olur ki, Türkiyə bu Bəyanatın imzalanmasında zərrə qədər də rol ifa etməyib və Rusiya sübut etdi ki, Qafqazda ilk və son sözü deyən odur və tərəfləri özünün bölgədəki birbaşa maraqlarını təmin edən bir Bəyanatı imzalamaya məcbur edir.

Bu məsələ Minsk qrupunun üzvü kimi Fransanı hiddətləndirdi. Çünki üzdə də olsa belə, bu ölkə ilə məsləhətləşmə aparılmadı. Beləliklə, Fransa bunun əvəzini çıxmaq üçün qondarma “Dağlıq Qarabağ respublikası”nı (Artsax) tanımaq oyununu irəli çəkdi və dövlətin yaşıl işığı ilə Senat bu layihənin lehinə səs verdi.

1993-cü ildə Elçibəyin prezidentlik dövründə Azərbaycan Respublikasından çıxmış Rusiya 27 ildən sonra yenidən regionu əlinə aldı, həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı etdi, bütün dünyaya güc nümayiş etdirdi. Üstəlik, Laçın dəhlizinin bu şəhərdən keçməsini bəhanə edərək Laçını Azərbaycana verməkdən imtina edir. Atəşkəsdən sonra Azərbaycan Respublikasının 50 əsgəri şəhid olub, lakin Azərbaycan buna reaksiya verə bilmir.

Bunu da vurğulayaq ki, Ermənistan da öz növbəsində bu Bəyanatdan faydalandı. Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağ ətrafında 7 şəhəri Azərbaycana qaytarmağa razı idi, bu şərtlə ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın və Rusiya qüvvələri Qarabağa girsin. Əslində, 44 gün müharibədən sonra Madrid prinsipləri bir növ bərqərar oldu, Qarabağ indi özünü dövlət elan etmiş ermənilərin nəzarətindədir və Harutyunyan oranı idarə edir, Rusiya da onu qoruyur. Bəzi xəbərlərə görə, Ermənistan gələn həftələrdə qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyacaq. Çünki Madrid prinsiplərinə görə, Qarabağ ətrafında 7 şəhəri Azərbaycana qaytarmaqla Qarabağ müstəqil olur. Bu önəmli məsələ də Rusiyanın yaşıl işığı ilə baş tutur. Bəzi xəbərlərə görə, Rusiyadan asılı olan 25 kiçik dövlət qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini rəsmi olaraq tanıyacaq və bu çox təhlükəli bir məsələdir.

Hal-hazırda Qarabağdakı erməni separatçıları Rusiyanın bayrağı altındadır və bu üzdən özlərini arxayın hesab edirlər. Rusiya isə Türkiyənin Qarabağa daxil olmasına imkan vermir. Ruslar bildiriblər ki, Türkiyə Azərbaycan Respublikasına hətta 100 minlik ordu gətirə bilərlər, lakin Qarabağa girə bilməz. Bunun mənası Qarabağ müharibəsində Türkiyənin məğlub olmasıdır və Ərdoğan bu məğlubiyyəti ört-basdır etmək üçün Bakıda keçiriləcək qələbə paradında iştirak edəcək. Azərbaycan bu paradda ermənilərdən qənimət götürdüyü tankları nümayiş etdirəcək. Halbuki, Azərbaycan da ağır təchizat tələfatı verib, bu ölkənin 5 qırıcısı və bir gündə 100 tankı sıradan çıxarılıb. Əslində, Ermənistan da böyük imtiyaz alıb və əsas münaqişə bölgəsi olan Qarabağı öz nəzarətində saxlayıb, Azərbaycan Respublikasının sülh Bəyanatı imzalaması ilə Qarabağ münaqişəsi həll olmadı, əksinə 1988-ci ildəki vəziyyətinə qayıtdı.

Yavər Nüdrəti, region məsələləri üzrə ekspert

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button