AktualAktualXəbər lenti

2 Sentyabr – 7 Zilhiccə İmam Baqirin (ə) şəhadəti günüdür

İmam Baqir(ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.

Atası İmam Zeynül-abidinin(ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum (elmleri yaran/açan) olmuşdur.
Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana
tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində, Zilhiccə ayının 7 də Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin Imamət dövrü on səkkiz il olmuşdur. Aşağıda
adları çəkilmiş xəlifələr İmam Baqirin (ə) İmaməti dövründə onun həməsri olmuşlar:
Vəlid ibn Əbdülməlik (86-96 h.q);
Süleyman ibn Əbdülməlik (96-99 h.q);
Ömər ibn Əbdüləziz (99-101 h.q); Yezid ibn Əbdülməlik (101-105 h.q);
Hişam ibn Əbdülməlik (105-125 h.q);
Xatırladaq ki, əziz məsum İmamımızın (ə) və digər məsumların (ə) Bəqi qəbristanlığında olan məzarları vəhhabilər tərəfindən ehtiramsızlıq göstərilərək dağıdılmışdır.

Şəhadət münasibəti ilə başda İmam Zaman ağa (ə.f) olmaqla bütün müsəlmanlara başsağlığı veririk.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button