AktualAktualArxivIslamTarixXəbər lentiXəbərlər

19 Yanvar “Dünya Müsəlman Azərbaycanlılar Günü”

Sabiq Sovetlər Birliyində sosialist quruluşun dağılması və 19 yanvar hadisəsi Azərbaycan tarixində müsəlmana zərilər üçün tarixi dönüş nöqtəsi və böyük bir gündür.

26 il öncə Sovetlər Birliyinin parçalanması ərəfəsində 1368-ci Günəş ilinin dey ayında (m. 1990-cı ilin yanvar ayı) İran və SSRİ sərhədlərində böyük bir hadisə baş verdi və bu, 19 yanvar hadisəsi kimi tarixin yaddaşında qaldı.

SSRİ-nin parçalanmağa tərəf üz qoyması və dövlətin zəifləməsi ilə sərhədlərə nəzarətiitirdi və Azərbaycanın dindar xalqı bundan istifadə edərək İran sərhədlərinə tərəf axışdılar. Onlar hər gün Araz çayının sahilinə gəlir, orada dayanaraq “Allahu Əkbər” və “La ilahə illəllah” şüarları səsləndirirdilər. Onlar bu şüarlarla İran və iranlılara öz sevgilərini nümayiş etdirirdilər.

İran İslam Respublikası qabaqcadan belə bir hadisənin baş verəcəyini gözləyirdi. Ona görə də azərbaycanlıları qarşılamaq üçün hazırlaşmışdı. İranın araşdırma və tədqiqat mərkəzlərinin məlumatlarında Azərbaycan xalqının İran və İslama hədsiz sevgi bəslədiklərivurğulanırdı. Həmçinin qeyd olunurdu ki, kommunist hakimiyyətinin zəifləyəcəyi, yaxud süqut edəcəyi təqdirdəmütləq bu sevgi təşnəliyi özünü İrana axın formasında göstərəcək.

Digər tərəfdən də məlumatlardan aydın olurdu ki, sosialist rejiminin70 illikyasaqları onların İslam və İrana qarşı olan sevgi və həsrətləriniyüzqat artırıb. Ona görə də İran xalqı və hökumət qüvvələri sərhədlərə gəlmiş və tam hazır vəziyyətdə idilər.Mərkəzdən göstəriş verilmişdi ki, Azərbaycan xalqı sərhədlərə tərəf gəldikdə və İran torpağına daxil olduqda, onları qarşılasınlar və İrana girişlərinə mane olmasınlar.

Müsəlman Azərbaycanın xalqı 70 il idi ki, belə bir günün intizarınını çəkirdi. Biləsuvardan Naxçıvana qədər sərhəd boyunca Arazın şimal sahili hər gün şüar verərəkİran və İslama sevgilərini elan edənazərilərlə dolurdu. Yetmiş illik repressiya və əsarətdən azad olmuş xalq çox sevinirdi. Beləliklə, 19 yanvardaAzərbaycanın müasir tarixininən böyük bir hadisəsi baş verdi.Gündəlik şüarlar onları qane etmirdi. 19 yanvar səhər saat 10-a qədər şüar verdilər. Onlar rus hərbi qüvvələrinin müdaxilə etməyəcəyinə əmin deyildilər. Rus qüvvələri izdihamın qarşısından geri çəkildi və Azərbaycan xalqı sərhədə axışaraq tikanlı məftilləri qırdılar, soyuq qış günündə özlərini Araz çayına vurdular və İran torpağına ayaq qoydular. Sanki böyük bir ordu İrana daxil olurdu. SSRİ hökuməti bu hadisədən tamamilə çaşqınlıq içində idi, ordu nə edəcəyini bilmirdi. Onlar bu qədər cəmiyyətin birdən-birə coşaraq, sərhəd maneələrini adlayaraq, İrana daxil olacaqlarını əsla gözləmirdi.

Beynəlxalq qayda-qanunlarınəksinəolaraq, İran heç bir maneə yaratmadı. Çünki azərilər “Allahu Əkbər” və “La ilahə illəllah” şüarları ilə özlərinin tarixi vətənlərinə sevgilərini nümayiş etdirirdilər. Azərbaycan xalqı İrana ayaq basan kimi bu inanılmaz hadisədən vəcdə gəlib vətən torpağını öpdü. Yetmiş il İslam, İran və İmam Rza (ə), məscid və dindarlıq həsrəti ilə yaşadıqlarını deyirdilər. Onlar dərhal məscidlərə axışdılar, İmam Hüseyn (ə) bayraqlarını sinələrinə sıxıb ziyarət etdilər, Quran oxudular. Eyni zamanda çoxlu İran vətəndaşı da Azərbaycana daxil oldu. Azərbaycan xalqı da iranlılar kimi öz qonaqpərvərliklərini nümayiş etdirdi, sovqat və töhfələrini iranlı qonaqlarına hədiyyə etdi.

Azərbaycan əhalisinin bu hərəkatından vahiməyə düşmüş və çox hiddətlənmiş SSRİ hökuməti camaatı qorxutmaq və bu gediş-gəlişin davam etməsinin qarşısını almaq məqsədiləkommunist partiyasının siyasi bürosunun və şəxsən M. Qorbaçovun əmri ilə SSRİ-nin digər bölgələrindən bir çox hərbi bölmələr Bakıya tərəf hərəkət etdi. Qırmızı Ordu gecə vaxtı Bakıya girdi və 20 yanvarda xalqı qətliam etdi. Ordunun bu cinayəti nəticəsində 135 nəfər öldü və 700-dən çox insan yaralandı. Qorbaçovun bu böyük səhvi xalqın sovet sosialist hökumətinə qarşı nifrətinə səbəb oldu. Sonda Azərbayacan xalqı hamılıqla ayağa qalxdı. Azərbaycanın kommunist partiyasının rəhbərinin hökumətin hərbi təyyarəsi ilə Moskvaya qaçdı. SSRİ hökumətinin zəifliyi artıq daha çox görünməkdə idi. Azərbaycan xalqı öz hərəkətini və İrana gediş-gəlişini davam etdirirdi. Hətta onların çoxu İrandan geri qayıtmaq istəmirdi. Ancaq İranınaidiyyatlı məmurları çarəsiz qalaraq onlara Quran hədiyyə edərək geri qayıtmağa razı salırdılar.

19 yanvar günü Azərbaycanın zəkalı və ayıq xalqının yetmiş illik kommunizmsindromunu sındıraraqözlərinin İslam və İrana sevgilərini nümayiş etdirdikləri gündür. Bir xalqın 70 il anti-din və anti-İran təbliğatından sonra öz kimliyini qoruması, tarixi vətənini unutmaması olduqca böyük və dəyərli işdir və unudulmamalıdır.

Ruslar bu xalqa İranı və İslamı unutdurmaq üçün çox böyük xərclər çəkmişdilər. Ancaq onların bu proqramı Azərbaycanın müsəlman xalqının qəlbində İslam və İrana məhəbbətə çevrilmişdi.

SSRİ hökuməti azərilər üçün saxta tarix yazmışdı. Azərbaycanın sabiq prezidenti (Heydər Əliyev) deyirdi ki, bizim millətimizin tarixini ruslar yazmışdır. Mən də onun əksini desəm, xalq inanmaz. Ruslar yeni kimlik formalaşdırmaq və hər şeyi unutdurmaq üçün ərəb əlifbasını da dəyişdilər. Amma azərilər 19 yanvarda bütün bu məkirli siyasətləri tarixin zibil qutusuna tulladılar və əməlləri ilə sübut etdilər ki, qiyamət gününə kimi heç bir kəs onları İslamdan və tarixi vətənlərindən ayıra bilməz. Bu gün İranın, İslamın və Azərbaycanın tarixində bir dönüş nöqtəsi kimi əbədi olaraq qalacaq.Biz bu səbəbdən 19 yanvarı dünyanın müsəlman azəriləri və azəri nəslinin kimliyinə qayıtdığı gün kimi elan etmək qərarına gəldik. 19 Yanvar azərilərin kimliyini tam şəkildə göstərən bir güzgüdür. Azərilərin kimliyini öyrənmək istəyən hər kəs bu günə baxsın. Onlar 70 il repressiyadan, güclü anti-din və anti-İran təbliğatından sonra İrana daxil olan kimi İmam Hüseynin (ə) bayrağına tərəf getməklə Aşuranı unutmadıqlarını, Qurana tərəf getməklə vəhyi unutmadıqlarını, məscidə üz tutmaqla ibadət və bəndəliyin əsas məramları olduğunu nümayiş etdirdilər. Onlar öz keçmişlərini və tarixi vətənlərini unutmadıqlarını bildirmək üçün İrana üz tutdular.Əgər bir günü dünya azəriləri üçün adlandırmaq lazımdırsa, onu azlıqda olanlar və qeyri-azərilər deyil, azərilərin əksəriyyəti adlandırmalı və günü təyin etməlidir. Ümumiyyətlə, hər bir əhəmiyyətli işdə qərar çıxarmaq məntiq baxımından çoxluğun vasitəsilə olmalıdır.

Biz bundan sonra hər il 19 yanvarı “Dünyanın Müsəlman Azəriləri” günü kimi qeyd edib həm bu qəhrəmanlığı uca tutacaq, həm də Arazın hər iki tərəfində yaşayan azərilər arasında müqəddəs mənəvi əlaqəni qoruyacağıq ki, düşmənlər öz əks-təbliğatları ilə bədbinlik və ayrılığa səbəb olmasınlar. Biz hər il bu günü uca tutub qeyd edəcəyik ki, azərilərin tarixi və kimliyi təhrif olunmasın.

Azərilərin bu dəyərli hərəkəti bir çoxlarının batil fikirlərini puç etdi.

Bəzi qüvvələr bu hadisənin tarixini 31 dekabr kimi göstərirlər.Mən bunu uca tutmağa çalışdıqlarına görə onlara minnətdaram.Ancaq onlardan istəyirəm ki, birincisi, bu önəmli işdə bizimlə birlikdə olsunlar,ikincisi isə hadisənin dəqiq tarixini dəyişdirməsinlər. 31 dekabrda heç bir hadisə baş verməmişdir və bu əzəmətli hərəkət 19 yanvar günü olmuşdur. Halbuki, tarixi hadisələr subyektiv fikirlərlə dəyişdirilməməlidir.

Bu baxımdan, 31 dekabr məsələsi xəyaldan başqa bir şey deyil. 19 yanvarı təhriflərdən qorumaq, o günün dəyərləndirilməsi vəbeynəlxalq bir gün kimi qeyd etmək məqsədi ilə bütün dünya azərilərinin təmsil olunduğu qlobal mədəni mərkəz yaratmağa hazırıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button