ArxivIslamTarixXəbər lentiXəbərlər

12 fərvərdin; dini demokratiya quruluşunun əsaslarının təsbit olunduğu gün

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bir bəyanatda 12 fərvərdin, “İslam Respublikası” gününü əziz tutaraq, vurğulayıb ki, 12 fərvərdin, dini demokratiya quruluşunun əsaslarının təsbit olunduğu gündür.
İran xalqı qırx il bundan öncə, 1358-ci günəş ili fərvərdin ayının on ikisi- 1979-cu il aprelin birində agah şəkildə referendumda iştirak edərək, “İslam Respublikası”nın lehinə səs verdi və bu gün, “İran İslam Respublikası” günü adlandırıldı.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün bir bəyanatda bildirib: Ötən qırx il ərzində dünya imperializmi və onun regional əlaltıları müxtəlif metodlarla, o cümlədən səkkizillik müharibə, terror və hərtərəfli sanksiyalarla daim İslami İran xalqını istiqlaliyyətsevərlik və azadlıq yolundan yayındırmağa çalışıblar, amma xalqın sayıqlığı ilə uğursuz qalıblar.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin İranın siyasi, dini və coğrafi sərhədləri yolunda canfəşanlığa hazır olduğunu bildirərək, vurğulayıb: İranın silahlı qüvvələri xalqın səsindən irəli gələn bu quruluşun əsaslarına ən kiçik bir zərərin dəyməsinə belə, əsla icazə verməyəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button