ArxivIslamXəbər lentiXəbərlər

100 min tamaşaçı Hüseyn (ə) eşqini dünyaya göstərəcək -futbol yarişinda

2018 Dünya Kuboku Asiya seçmələrində İran İslam Respublikası ilə Cənubi Koreya 11 Oktyabr Çərşənbə axşamı Tehranda qarşı-qarşıya gələcək.

Maide.Az İran KİV-lərinə istinadən xəbər veri r ki, lakin bu tarix (11 oktyabr) məhərrəm ayının doqquzuncu gününə, Aşura gecəsinə bərabər gəlir. İranlı səlahiyyətlilər bu xüsusi vəziyyət səbəbiylə matçın tarixini dəyişdirmək üçün FIFA-ya müraciət etsə də, FİFA-nın bölgə səlahiyyətlisi, turnir planlayıcısı Səudiyyə Ərəbistanı əsilli adam, bu şikayəti nəzərə almayıb.

Bunun üzərinə İranlı qeyri-hökumət təşkilatları hərəkətə keçərək, dünyanın ən böyük stadionlarında olan 90 min tamaşaçı tutumlu Azadi Stadıonı görkəmli bir Hüseyniyəyə çevirmə qərarı alıblar.

Matça matəmi işarələyən qara paltarlar ilə qatılacaq olan tamaşaçılar matç boyunca “Ya Hüseyn” səsləriylə bütün dünyaya İmam Hüseyn eşqini göstərəcəklər.

İranın Futbol Federasiyasının sədri Mehdi Tac da jurnalistlərə açıqlamasında bildirib ki, əgər məcbur qalıb Aşura gecəsi futbol oynamalı olsaq Azadi stadionunda 100 min nəfərin iştirakı ilə əzadarlıq edəcəyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button