ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudovun evində aşkar edilən sənədlər araşdırılır

Azərbaycan hökuməti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi əsasında çəkilmiş 2800 kadrın aşkar edilməsi ilə bağlı xəbərlərin yayılmasının ardınca, məsələnin araşdırılması barədə göstəriş verib.

Kontakt informasiya portalının verdiyi məlumata görə, Azərbaycanın təhlükəsizlik qüvvələri sabiq Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının nəzarəti altında olan medialar, otellər, restoranlar və digər məkanlarda geniş axtarış əməliyyatları həyata keçirərək, dövlət rəsmiləri və iri sərmayə sahiblərinə aid olan təsvirlərin sahiblərini üzə çıxartmağa başlayıblar.

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri tanınmış iş adamları və dövlət rəsmilərindən rüşvət almaq məqsədi ilə onların şəxsi həyatı ilə bağlı təsvirləri və danışıqlarının yazılması barədə göstəriş veribmiş.

Eldar Mahmudovun mənzilində dövlət rəsmiləri, iş adamları və siyasətçilərin şəxsi həyatı və intim görüntülərini əks etdirən 2800 video yazı aşkar edilib.

Bu təsvirlərin bir hissəsi istintaq zamanı Eldar Mahmudovun mənzilində aparılan axtarışlar zamanı yoxa çıxıb.

Bir müddətdir ki, Eldar Mahmudovun dövlət rəsmiləri və iş adamlarını şantaj etməsi ilə bağlı yeni faktlar üzə çıxmağa başlayıb. Bu da medianın diqqətini cəlb edib.

Azərbaycan prezidenti cənab İlham Əliyev bir müddət öncə milli təhlükəsizlik naziri Eldar Mahmudovu səlahiyyətini aşdığı, vəzifəsindən sui-istifadə ediyi və qanunsuz əməllər törətdiyi üçün tutduğu vəzifədən azat etmişdi.

Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması ilə, onun başçılıq etdiyi nazirliyin bir çox yüksək səviyyəli rəsmisi həbs edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button