Islam

“Əyyami-Fatimiyyə” – Fatimiyyə günləri

Əyyami-Fatimiyyə deyilən günlər (xanım Fatimənin şəhadət günləri) cəmi altı gündür. Bu altı günün üç günü cəmadiül-əvvəl, üç günü cəmadiüs-sani aylarına düşür. Birinci Fatimiyyə günləri 13-15 cəmadiül-əvvəl, ikinci Fatimiyyə günləri 3-5 cəmadüs-saniyə təsadüf edir. Şiələr bu günlərdə xanım Fatimə üçün əzadarlıq edirlər.
Xanım Fatimənin şəhadət tarixçəsi ilə bağlı iki fərqli rəvayət var. Rəvayətlərdən birinə görə, xanım Zəhra atası həzrət Peyğəmbərdən (s) 75 gün sonra dünyasını dəyişib. Həzrət Peyğəmbərin (s) vəfatı 25 səfərə təsadüf etdiyindən 75 gün sonra 13-15 cəmadiül-əvvəl olur. Bu günlər birinci Fatimiyyə günləridir. Başqa bir rəvayət görə xanım atasından 95 gün sonra şəhadətə çatıb. Bu hesabla onun şəhadəti 3-5 cəmadiüs-saniyə təsadüf edir.
75 gün rəvayətinə əsasən cəmadiül-əvvəl ayının ikinci on günlüyü, yəni onundan iyirmisinə qədər Fatimiyyə on günlüyü adlandırılıb. 95 gün rəvayətinə əsasən Fatimiyyə on günlüyü cəmadiüs-sani ayının birinci on günlüyüdür. İraq şiələri iki on günlük əvəzinə üç on günlük əzadarlıq edirlər. Beləcə, birinci on günlük həzrət Peyğəmbərin (s) vəfatından 40 gün sonra başlayır. Belə bir bölgü Tehran və Qum kimi şəhərlərdə də qəbul olunub.
Qədim ərəb yazısında nöqtədən istifadə olunmayıb. Buna görə də 70 və 90 eyni şəkildə yazılıb. Sonradan tarixçilər üçün onları fərqləndirmək çətinlik yaradıb.
Şiələr bu əqidədədir ki, xanım Fatimənin evində baş vermiş məşhur hadisə zamanı xanım ağır yaralanıb, hətta uşaq salıb. Şiələrin fikri budur ki, xanım Fatimə Peyğəmbərdən 75-95 gün sonra şəhadətə çatıb. Yəqubinin yazdığına görə Qüreyş qadınları və Peyğəmbərin zövcələri yataqda olan xanımın görüşünə gəlir. Amma xanım göstəriş verir ki, onları içəri buraxmasınlar.
Əksər İslam tarixçilərinin nəzərinə görə xanım gecə vaxtı, məxfi şəkildə dəfn edilib. Onun öz istəyi ilə gecə dəfn olunduğu yazılır. Mənbələrdə qeyd olunur ki, bunun əsas səbəbi xanımın Əbu Bəkrdən narazılığı və onun dəfnə qatılmamasını istəməsi idi. Digər bir mənbəyə əsasən xanım hətta ölümündən sonra kiminsə onu görməsini istəməyib.

Nur-az.com/ fa.wikipedia

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button