ArxivIslamXəbər lentiXəbərlər

Ərdoğan Rusiyanın S-400 sistemlərinin çatdırılma vaxtını açıqladı – ƏTRAFLI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın S-400 raket müdafiə sistemlərinin ölkəyə iyulun birinci yarısında çatdırılacağı gözlənilir. İslamazeri.com “voa”ya istinadən xəbər verir ki, Ankaranın Rusiyadan raket müdafiə sistemləri alması Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-la münasibətlərdə gərginliyin artmasına səbəb olub.
S-400 raket müdafiə sistemləri NATO-nun müdafiə sistemləri ilə bir araya sığmır və məsələ Birləşmiş Ştatlar və Türkiyə arasında son aylar artan gərginliklərin əsas mənbələrindən biri olaraq qalır.
ABŞ bunun alyansın təhlükəsizliyinə hədə təşkil etdiyini bildirir. Vaşinqton bunun əvəzinə, Ankaraya F-35 döyüş təyyarələrini almağı təklif edib.
“Biz Rusiya ilə S-400 məsələsini müzakirə etdik. Həqiqətən S-400 məsələsi həll edilib”, Ərdoğan Tacikistanda Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdiyi sammitdən qayıdarkən təyyarədə müxbirlərə bildirib.
“Fikrimcə, onlar iyul ayının birinci yarısında çatdırılacaq” – deyə, Ərdoğan əvvəlki açıqlamaları ilə müqayisədə daha spesifik vaxt göstərərək əlavə edib. ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bu ay türkiyəli həmkarı Hülusi Akara ünvanlandığı məktubunda Ankaranın Rusiyanın S-400 raket müdafiə sistemləri almaq qərarını dəyişmədiyi təqdirdə Türkiyənin F-35 proqramından çıxarılacağını bəyan edib.
Ərdoğan bildirib ki, o, məsələni bu ay G-20 sammitində ABŞ prezidenti Donald Trampla müzakirə edəcək.
“Kimsə fərqli şeylər söyləyəndə, o zaman biz cənab Trampla əlaqə saxlayırıq və məsələni telefon diplomatiyası vasitəsilə həll etməyə çalışırıq”- deyə, Ərdoğan bildirib.
Türkiyə ABŞ-ın Lockerd Martin şirkəti tərəfindən istehsal edilən F-35 təyyarələrinin alıcısı olmaqla yanaşı, həm də bu təyyarələrin istehsalında tərəfdaş ölkələrdən biri olaraq çıxış edirdi. Şanahanın məktubunda həmçinin Türkiyənin iyul ayının sonuna qədər F-35 proqramından tamamilə çıxarıla biləcəyinə işarə edilib.
Təhlilçilərin fikrincə, Vaşinqtonun Ankaraya xəbərdarlığı ABŞ və Türkiyə arasında yarım əsrdən çox mövcud müttəfiqlik münasibətlərində dönüş nöqtəsi kimi qəbul edilə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button