ArxivIslamŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ərdoğan: Qüds dünya müsəlmanlarının qırmızı xəttidir

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar günü Fitr bayramı münasibətilə təbrikində deyib: “Türkiyə Fələstin torpaqlarının kiməsə bağışlanmasını qəbul etməyəcək. Bir daha təkid etmək istəyirəm ki, Qüds dünya müsəlmanlarının qırmızı xəttidir.”

Qafqaz Həqiqətləri Türkiyənin “Anatolu” informasiya agentliyinə istinadla xəbər verir ki, Ərdoğan əlavə edib: “İsrail Fələstin ərazilərini işğal etməklə fələstinlilərin hüququnu və beynəlxalq hüquqları tapdalamışdır.

Sionist rejim gələn aydan etibarən 1947-ci ildə işğal etdiyi İordan çayının qərb sahillərini İsrailə ilhaq etmək istəyir.

Avropa ölkələrindən bəziləri təhdid ediblər ki, İsrail rejimi İordan çayının qərb sahili ilə bağlı öz qərarını icra edəcəyi surətdə, Təl-Əvivlə münasibətlərdə dəyişiklik edəcəklər.”

Türkiyə prezidenti deyib: “Qərb ölkələrində qardaşlarımız hər gün islamofobiya və irqçi hücumlarla üzləşirlər.”

“Korona pandemiyası bizi beynəlxalq təşkilatların ümumdünya təhdidlərlə mübarizəsinin etibarı və faydası barədə dərin bir sual ortaya qoymağa məcbur edir”-deyə prezident vurğulayıb.

Ərdoğan əlavə edib: “Koronanın ortaya çıxması sübut etdi ki, dünyada heç bir region və ya ölkə xüsusi imtiyaza malik deyil.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button