AktualAktual

Ərdəbilnin sevimli imamcüməsinin Demokrat Partiyasının məğlubiyyətinin ildönümü ilə bağlı bəyanatı

Vəliyyi-fəqihin Ərdəbil nümayəndəsi və bu şəhərin imamcüməsi bu həftənin cümə namazı xütbəsində Azərbaycan Demokrat Birliyinin tarixinə işarə edərək onların hədəfləri, əməlləri və rəhbərliyi barəsində bəzi məsələləri açıqladı:
Seyyid Cəfər Pişəvəri İranın Azərbaycan məntəqəsində hökumət qurmağa və müstəqillik bayrağını yüksəltməyə əmr almışdı. O həmin işi gördü. Lakin işin yarısında Sosialist Sovet İttifaqı İranın baş naziri ilə razılaşmaya gəldi və İranın baş nazirinin vəd etdiyi neftə görə Seyyid Cəfərin arxasından çəkildi. Bu razılaşmadan sonra şahın ordusu Zəncan tərəfindən Azərbaycana daxil oldu və xalq tərəfindən demokratların bir hissəsi öldürüldü və bir hissəsi sərhədin o tərəfinə qaçdılar. Bu vaxt Seyyid Cəfər Pişəvəri rusların razılaşmasına etiraz üçün öz müavini Doktor Nüsrətullah Cahanşahlu ilə birgə rusların Təbrizdəki konsulluğuna getdi. Cahanşahlu “Biz və yadlar” kitabında yazır: Birlikdə konsulun otağına daxil olduq. Seyid Cəfər əsəbi halda onun başına qışqırdı ki, nə üçün xəyanət etdiniz və partiyanın üzvlərini ölümə verdiniz. Konsul soyuqqanlıq ilə onun sözlərinə qulaq asdı, daha sonra türk dilində dedi: Səni gətirən sənə deyir ki, get!
Sonra göstəriş verdi ki, Culfaya tərəf yola düşək, Naxçıvan yolunda bizi gözləyən maşın var!!
Bu cümlə demokrat partiyasının bioqrafiyasını, əvvəlini, sonunu, mahiyyətini, kimliyini, həqiqətini və hər bir şeyini kamil surətdə təsvir edir.
Yazıq Seyid Sovetin razılaşmasına etiraz etməklə, ona tapşırılmış vəzifədən həddi aşdığı üçün cəzalandırılmalı idi. Seyid nakamlıq və məğlubiyyət ilə sərhəddin o yanına keçdi və bir müddət sonra KQB tərəfindən hazırlanmış qəza nəticəsində öldürüldü. Onun istifadə tarixi ötmüşdü və heç bir faydası olmamasından əlavə Sovet hökuməti üçün problem yarada bilərdi.
Hazırda hər il dekabrın 12-si, Demokrat Partiyasının məğlubiyyətinin ildönümündə bir dəstə inasan Bakıda onun qəbrinin kənarına toplanır və onlara tapşırılmış əmrləri yerinə yetirirlər.
Daha yaxşı olar ki, hər il agah və inanclı insanlar bir ibrətgahı ziyarət məqsədilə onun məzarına gəlsinlər və desinlər: Seyid! Cəddini və cəddinin dinini cəddinin düşmənlərinə satıb, yadlarla əlbir olub, yadların alətinə çevrilib, cəddini incitdikdə, işin sonu belə acı və kədərli olur.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button