AktualAktualArxivŞeirXəbər lentiXəbərlər

Ərdəbilli şairə Pəri Axte “Hicab” adlı şer yazmışdır.

Hicab (türkcə)
Ərdəbilli şairə Pəri Axte “Hicab” adlı şer yazmışdır.
Şair, bəstəkar, dramaturq, hekayə yazan, romançı, Müqəddəs Müdafiə xatirələrini yazanPəri Axte “Hicab” adlı türkcə şerini təqdim etmişdir.

Hicab
Cənnətlər vurulub mənim adıma
Qiyamətdə Zəhra çatar dadıma
Hicablılar gülü salır yadıma
Bizə Zəhra olmaq bacım yaraşır
Qərb bizi azdırmağa çalışır

Minlər dərdim ola yenə sıxanmaz
Allahlayam, kimsə məni yıxanmaz
Quranın sözündən heç kim çıxanmaz

Bu örtüyüm sifarişdi Allahdan
Əmr olubdu, saxlaya günahlardan

Başımdakı çadra İslam bayrağı
Özü bir silahdır, yaşmaq dayağı
Bizlərə fəxr edir İran toprağı
Zəhra ismətliyəm, çadram səngərim
Zeynəb qeyrətliyəm, sözüm xəncərim

Hicab bizə şərafətin yuvası
Ondan almışam əmniyyət havası
Könül yarasına olub davası
Təbiətdə gözəlliklər bürünər
Özün qorumayan insan sürünər

Düşmən başlayıb təhacüm taracı
Çox fitnələr tişə vurur ağacı
Həyalı olmaqdır bunun əlacı
Onlar verən vədə-vəid talandı
Sənə, mənə fəqət hicab qalandı

Başındakı çadranı hərəm haxla
Müdafeyi-hərəmsən, hicab saxla
Məkri-şeytanı şərəflə oxla
Hicab verib xanımlara etibar
Ana olmaq bizə böyük iftixar
Pəri Axte (Nərgiz)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button