ArxivXəbər lentiXəbərlər

Ərdəbilin imamcüməsi: müzakirə tərəf-müqabilin sui-istifadə etməməsi şərtilə yaxşı işdir

Vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi bu həftəki cümə namazının xütbələrində nüvə razılaşmasını təbrik edib müzakirə heyətinə minnətdarlıq və təşəkkürünü bildirmişdir. Ayətüllah Amili həzrətləri bildirmişdir: birinci növbədə əsasən millətə təşəkkür etməliyik ki, çox baha başa gələn müqavimətilə düşməni yalvarmağımıza həsrət qoydu. O demişdir: millətimiz B. Obamanın ifadəsilə desək tarixdə analoqu olmayan sanksiya qarşısında müqavimət göstərdi. Millətin müqaviməti olmasaydı heç bir rəsmi məqam düşmən qarşısında güc mövqeyindən çıxış edə bilməzdi. Millətimiz bu hərbə-zorba qarşısında tam uğur qazandı. Belə ki, ABŞ prezidenti sanksiya rejimini davam etdirməyə qadir olmadığıqlarını etiraf etdi. O, rəhbərliyin rolunu da nəzirsiz qiymətləndirərək onun göstərişlərini, idarəediciliyini, kəskinliyini və ölkənin elmi siyasətinin müəyyənləşdirilməsinə zəmin yaratdığını olduqca əhəmiyyətli bilmişdir. Əyalətin xibrələr məclisindəki nümayəndəsi bu razılaşmanın İranın iqtisadiyyat və beynəlxalq müövqeyinin güclənməsinə təsir edəcəyini, İranın siyasi imicinin xüsusilə regionda yüksələcəyini və ümumiyyətlə region və regiondan kənar ölkələrin anti-İran siyasətinə yenidən baxacaqlarını praqnozlaşdırmışdır. O, İranın baha başa gələn nüvə silahı fikrində olmadığını bildirərək demişdir: bu sahədəki şəffaflıq zərərimizə deyildir. Bu şərtlə ki, düşmənlərimiz bəhanə axtarmaq, sui-istifadə etmək və daha artıqtələblər irəli sürmək təşəbbüsündə olmasınlar. O davam etdirmişdir: Eyni halda bu razılaşmada təhlükəli risk potensialları da vardır ki, nəzarətdən kənarda qalmamalıdır. Birinci risk MAQAP-in tam hakim olmasıdır. Ikinci risk zənginləşdirilmiş Uranın 98 faizinin İrandan çıxarılması nüvə enerji stansiyalarının asılılığıdır. Üçüncü risk tərəf müqabil üçün çoxlu sui-istifadə zəminin olmasıdır. Ixtilafların 5 nəfəri tərəfmüqabildən olan 8 nəfərlik bir heyətə verilməsidir ki, bununla İranın ixtiyarı əlindən alınmış olur. Başqa bir risk də onlara verilmiş təftiş etmə hüququdur. Əyalətin ümumi mədəniyyət şorasının sədri bildirmişdir: bunların hamısından daha problemli və çətin mövzu BMT təhlükəsizlik şorasının dünən yayılan qətnamə layihəsidir. Layihədə raket və silah embarqosunun davam etdirilməsi vurğulanmış və nüvə başlığı daşıyan raket sınağı icazəsi İrandan alınmışdır. Bir halda ki, İranın raketlərinin çoxu həmin qanuna şamil olur. Layihəyə əsasən İran raket texnologiyası haqqında sədaqətini sinamaq üçün MAQAP ilə əməkdaşlıq etməlidir. Söz yoxdur ki, bu da müdafiə və iqtisadi təhlükəsizliyində problemlər yaradacaq. O, sözlərinin sonunda demişdir: razılaşma haqqında ən yaxşı fikri ölkəmizin iki mühüm şəxsiyyəti bildirmişlər. Birincisi müəzzəm rəhbərlikdir ki, prezidentin cavabında razılaşmanın təsdiqində qanuni prosesi vurğulamışdır. Ikincisi doktor Zərifdir ki, əldə olunan razılaşma hamı üçün tam qənaətbəxş deyildir. Lakin bundan artıq əldə ediləsi deyildi. O, sonra mövzunu ümumiləşdirərək tərəf müqabilin sui-istifadə etməməsi şərtilə razılaşmanı müsbət qiymətləndirmişdir. Ərdəbil imamcüməsi xütbələrin digər hissəsində fitir gecəsinin və onun bərpasının, eləcə də fitir bayramının özünün fəzilətlərinə işarə edərək əhalidən istəmişdir ki, fitir namazında aktuallıqla iştirak etsinlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button