AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbilin imam-cüməsi Kobani problemindən dolayı Türkiyəni tənqid etdi

Cənab Rəhbər Ayətullah Xameneinin Ərdəbil ustanındakı nümayəndəsi, Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amili ötən cümə namazının xütbələrində Səudiyyə Ərəbistanında tanınmış şiə ruhanisinə ölüm hökmü haqqında danışaraq deyib: “Bu hökm bədəvilik və diktaturanın zirvə nöqtəyə çatdığını göstərir.” Cənab Ayətullah Amili sözünə belə davam edib: “İstibdad rejimləri edam və həbslə öz müxaliflərini susdurmaq istəyirlər. Eyni vaxtda demokratiyadan dəm vururlar. Təəccüblüdür ki, Amerika Səudiyyə Ərəbistanının Orta Şərqdə ən demokratik dövlət olduğunu bildirib.”

Cənab Amili buyurub: “Əqidə müxaliflərinə qarşı edam və həbs kimi hökmlər bu hökmü çıxaran hökumətin süqutunu göstərir. Səudiyyə Ərəbistanı hökumətinin bu addımı İŞİD düşüncəsinin zühurudur. Etiqada qarşı çıxmaq, əqidəsinə görə insanı öldürmək İŞİD-çilərin yoludur. Bu yol heç vaxt müsbət sonluğa aparmayıb və aparmayacaq.”

Ərdəbil ustanının xibrə məclisindəki nümayəndəsi cənab Amili xütbənin ikinci hissəsində BMT-nin şəmsi təqvimlə bu il mordad ayında İŞİD-in cinayətləri ilə bağlı hesabatını yada salıb. Bu hadisədə 5 min izədi edam edilib, onların 7 min qadın və qızı əsir götürülüb. Cənab Amili buyurub: “Bu cinayət vəhabi, sələfi və təkfirçilərin üzərində qara ləkədir.” İmam-cümə sözünə belə davam edib: “İŞİD-in bütün komandanları vəhabi mədrəsələrinin məzunlarıdır.”

Cənab Amili deyib: “Xəvaric Əmirəlmömininin (ə) dövründə təkfirə ciddi yanaşmadı, günaha batan insanı imansız sayaraq onun qətlini vacib bildirdi. Əmirəlmömininin (ə) özünü də beləcə şəhadətə çatdırdılar.”

Ərdəbilin imam-cüməsi həzrət Peyğəmbərin (s) Xəvariclə bağlı uzaqgörənliyini yada salaraq deyib: “Həzrət Peyğəmbərin (s) buyuruqları İŞİD haqqında da özünü tam doğruldur. Həzrət Peyğəmbər (s) Əmirəlmömininlə (ə) çiyin-çiyinə dayanıb Xəvariclə vuruşmağın savabından danışır. Bu böyük savab hazırda da öz gücündə qalır.”

İmam-cümə sözünün davamında Kobani hadisələrindən dolayı Türkiyəni tənqid edib, bu ölkənin mühasirədəki müsəlmanların taleyinə biganə qalmasını pisləyib. Cənab Amili hazırda İranın İŞİD-lə mübarizəsini yada salaraq deyib: “İran İslam Cümhuriyyəti müasir dünyada azad insanlar, xüsusi ilə azad müsəlmanlar üçün bir idealdır.”

Cənab Amili xütbənin əvvəlində mübahilə hadisəsi haqqında danışaraq deyib: “Mübahilə günü Əmirəlmöminin (ə) Peyğəmbərin (s) özü kimi tanıtdırılıb, bu günü bayram kimi keçirmək lazımdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button