ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Bu gün çərşənbə axşamı 1442-ci hicri qəməri ili Rəcəb ayının 25-i, 2021-ci milad ili martın 9-u dünya şiələrinin yeddinci imamı, Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü günüdür.

İmam Musa Kazim (ə) bir çox alimin iştirak etdiyi möhtərəm atası Həzrət İmam Cəfər Sadiqin (ə) böyük elmi məktəbində iştirak edib, atasının fəzilətlərindən bəhrələnərək, pəhrizkarlıq, müqavimət, şücaət və ədalətsevərlik kimi yüksək əxlaqi xüsutiyyətlərdə böyük bir meyar və nümunə oldu.

İmam Musa Kazim (ə) təqribən 35 il müsəlmanlara imamətlik etdi və həmin illərin uzun bir müddətini həbs və sürgündə keçirdi.

Xalqın Həzrət İmam Musa Kazimin (ə) elm və fəzilətinin sonsuz ümmanından bəhrələnməsini istəməyən o zamanın hökmranı, Abbasi xəlifələrindən olan Harun Ərrəşid bir fitnə ilə o həzrəti zindanda zəhərlədi və o həzrət 183-cü hicri qəməri ilində 55 yaşında şəhid oldu.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və o həzrətin əzadarlarına başsağlığı verir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button