AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ərdəbildə Seyid Sədrəddin İmamzadə Kitabxanasının təsis mərasimi keçirildi

Qafqaz Həqiqətləri – Redaksiyamızın verdiyi xəbərə görə, İmam Əli ibn Musanın (ə) şəhadət ildönümü ilə eyni zamanda Ərdəbildə Seyid Sədrəddin İmamzadə Kitabxanasının təsis mərasimi keçirilib. Mərasimdə Ərdəbil əyalətinin mədəniyyət xadimləri, dövlət məsulları və əhalinin müxtəlif sinifləri iştirak edib.

İmamzadə Qəyyumluq Heyətinin üzvü cənab Şəkibanın giriş sözü ilə başlayan mərasimdə Vəqflər İdarəsinin məsulları, İmam Rza (ə) Hərəminin əyalət üzrə nümayəndəsi, Qafqaz Mədəniyyət Mərkəzinin direktoru, Ərdəbil əyaləti kitabxanalarının rəhbəri, Müqəddəs Müdafiə əsərlərinin qorunması və dəyərlərinin nəşri fondunun müdiri də iştirak edib və biri kitabxanaya kitablar hədiyyə edib. Hal-hazırda kitabxana fars, ərəb, rus və azəri dillərində 2000 cilddən çox kitabla öz fəaliyyətinə başlamışdır. Kitabxana yeni avadanlıqla təchiz ediləcək və kitablarla təmin olunacaq.

Seyid Sədrəddin (İmam Musa Kazimin (ə) nəvəsi) İmamzadəsi Ərdəbil-Meşkin magistral yolunun əvvəlində Vəhdət meydanında yerləşir. İmamzadə hər il çoxlu turist və zəvvarları qarşılayır. Azərbaycan, Gürcüstan və Rusiyadan İmamzadəyə turist və zəvvarlar gəlir. İmamzadə binası üzərində 2010-cu ildə yenidən təmir-bərpa işləri aparılıb və onun genişləndirilməsi işləri hələ də davam edir. Müqəddəs Türbədə zəvvar evi və elmi hövzənin də inşa edilməsi nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button