AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətüllah Amili Azərbaycan respublikasının xalqına minnətdarlıq etmişdir.

Ayətüllah Amili bu həftə cümənamazının xütbələrində Azərbaycan xalqının Suriya və Yəmən əhalisinə etdikləri mali yardıma görə minnətdarlıq etmişdir. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən ayətüllah Amili əyalətin bu həftəki cümə namazının ikinci xütbəsində Suriyaya edilən ikiqat təzyiqə işarə edərək hərəm müdafiəçilərinə mali yardım edilməsinin zəruriliyini vurğulamışdır. O demişdir: Suriyada müqavimət cəbhəsi məğlubiyyətə uğradıqda İŞİD İraqa axacaq və İraq düşmən tərəfindən ələ keçdiyi təqdirdə böyük humanitar və din faciəsi baş verəcəkdir və müqəddəs türbələrə hücum başlanacaqdır. O, Azərbaycan xalqına, özlərinin bahalıqdan və işsizlikdən əziyyət çəkdiklərinə rəğmən suriya və yəmənlilərə mali yardım etdiklərinə görə minnətdarlıq etmişdir. O, islam ümmətinin məruz qaldığı ixtilaf və qarşıdurmalar haqqında danışmış və onun səbəbini rəsmi elmi mərcəiyyətinin yəni imamətin olmaması bilmişdir. O habelə Ərəbistanın Suriyaya NATO-nun hücumu üçün 50 milyard dollarlıq təklifini xəbər verərək demişdir: bu cinayətkar ölkə BMT, təhlükəsizlik şorası və beynəlxalq məhkəmədən arxayın olmaqla Ramazan ayında Yəmənin günahsiz əhalisi haqqında ən faciəli cinayətləri törədir ki, bu onun regionda ikinci xərçəng vəzisi olduğunu göstərir. Onun heç bir din prinsipinə bağlılığı yoxdur. Özünün və dünya imperializminin mənafeyini təmin etmək və islam dünyasını qarışdırmaq və islam ümmətinə arxadan zərbə vurmaq üçün dindən bir alət kimi istifadə edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button