AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil və Van qardaşlaşmış şəhərlər olacaq

Ərdəbil Əyalətinin Sənaye, Mədən və Biznes Palatasının sədr müavini deyib: “Mədəni ortaqlıqlara və turizm münasibətlərinin genişlənməsinə diqqət etməklə bu ilin sentyabr ayında Ərdəbil və Türkiyənin Van şəhərinin qardaşlaşması barədə sənəd imzalanacaq.”

Qafqaz Mədəniyyət Mərkəzi – Bazar günü Ərdəbilin iqtisadi fəallarının valinin müavini və Van bələdiyyə sədri ilə görüşündə Behruz Pursüleyman deyib: “Sentyabrın 27-dən 30-dək Vanda keçiriləcək beynəlxalq turizm sərgisi çərçivəsində Ərdəbilin iqtisadi fəalları iqtisadi əlaqələrin genişlənməsi məqsədilə iştirak edəcək, Ərdəbil və Van şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan ediləcək.”

Pursüleyman əlavə edib ki, bu sərgidə Ərdəbil əyalətinin iqtisadi və turuzm potensialları nümayiş etdiriləcək.

Türkiyə ilə iqtisadi münasibətlərin genişləndirilməsinə təkid edən Pursüleyman deyib: “Son illərdə bu qonşu ölkənin iqtisadi fəalları ilə önəmli anlaşmalar əldə olunub və bu mövzunun günbəgün daha da yaxşılaşacağına ümid edirik.”

Görüşdə iştirak edən Van valisinin müavini İshaq Çinar Ərdəbilə səfər etməkdə məqsədinin bu əyalətin iqtisadi fəallarını Vanda baş tutacaq beynəlxalq turizm sərgisinə dəvət etmək və ikitərəfli mübadilələri genişləndirmək olduğunu bildirib.

İran və Türkiyə iqtisadi münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan vali yardımçısı deyib: “Ötən il 500 min iranlı Vana səfər etmişdir. Bu məsələ iki ölkə arasında iqtisadi münasibətlərin genişləndiyini göstərir.”

İ. Çinar Ərdəbildə çoxlu isti mədən suları, hotel və istirahət mərkəzlərinin olduğunu və bu turizm potensiallarının Van Beynəlxalq Turizm Sərgisində tanıtdırılmasının vacibliyini vurğulayıb.

O əlavə edib: “Ərdəbil dövlət məsullarının dediyinə əsasən, bu əyalətə hər il 8 milyon turist gəlir. Deməli, turistlər Ərdəbil əyalətinin potensiallarına daha çox əhəmiyyət verir.”

Görüşdə Ərdəbilin iqtisadiyyat və turizm sahəsinin fəalları Türkiyənin iqtisadi fəalları ilə fikir mübadiləsi aparmağa və Van Beynəlxlaq Turizm Sərgisində iştirak etməyə hazır olduqlarını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button