AktualAktualArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Ərdəbil, Nəmin, Nir və Səreyn əhalisi tərəfindən İslami Şura Məclisinə seçilmiş təmsilçi: Ermənistanın Təl-Əvivdə səfirlik açması təəssüf doğurur

Mühəndis Əli Nikzad: Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açmaqla bağlı verdiyi qərar təəssüf doğurur.

Ərdəbil, Nəmin, Nir və Səreyn əhalisi tərəfindən İslami Şura Məclisinə seçilmiş təmsilçi mühəndis Əli Nikzad öz İnstagram səhifəsində Ermənistan dövlətinin işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaqla bağlı verdiyi qərarına münasibət bildirərək yazıb: “Ermənistan dövlətinin Təl-Əvivdə səfirlik açmaqla bağlı verdiyi qərar onun öz ölkəsinin mövqeinə və maraqlarına təhdid olduğuna diqqət etməklə, təəssüf doğurur. Yeri vardır ki, İrəvan bu məsələyə yenidən baxsın, insan haqlarını və beynəlxalq qayda-qanunları pozan uşaq qatili və qəsbkar rejimlə siyasi əlaqələr qurmaqdan çəkinsin.”

Mühəndis Əli Nikzad əlavə edib: “İran Xarici İşlər Nazirliyinin İrəvanın Təl-Əvivdə səfirlik açmaq qərarına ciddi müdaxilə etməsi İran xalqının gözləntisidir və çox zəruridir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button