ArxivIslamXəbər lentiXəbərlər

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk.

qafqaz.ir/Bazar ertəsi günü, 1437-ci hicri qəməri ili rəcəb ayının üçü, 2016-cı milad ili aprelin 11-i, İslamın Böyük Peyğəmbəri(s.ə.s)-in pak övladlarından və şiələrin onuncu imamı olan Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin onuncu imamı 212-ci hicri qəməri ilində Mədinə şəhəri yaxınlığında dünyaya göz açaraq, böyük atası İmam Cavad(ə)-ın göstərişləri altında qərar tapdı. O həzrət atasının vəfatından sonra islami cəmiyyətin imamlığı və rəhbərliyini üzərinə götürdü.

İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən Hadinin mənası, hidayət edən olub.

İmam Hadi(ə) əsl İslamın nurlu simasının təqdimində çox səy göstərdi.

Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elm və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı sevimliliyi və böyük cəzbediciliyi Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb oldu. Onlar nəhayət bir fitnə ilə o həzrəti şəhid etdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button