ArxivXəbər lentiXəbərlər

“İslamınSesi”nin əməkdaşı Londona səfər edəcək qalib jurnalist olub

Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb
Noyabrın 10-da keçirilən mətbuat konfransında Londona səfər edəcək qalib jurnalistlərin adları açıqlanıb.

Qalib olan jurnalsitlərdəm biri İslamınSesi İnformasiya Portalının əməkdaşı Samir Həsənovdur. Digər qalib isə jurnalist Səadət Məmmədova olub.

Sözügedən jurnalist tələbələr kurs müəllimləri tərəfindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək Böyük Britaniyada ingilis dilini təkmilləşdirmək imkanı qazanıblar.

Eyni zamanda tədbirdə bu il ingilis dilini kursunu uğurlu başa vuran jurnalistlərə sertifikatlar da təqdim olunub.

Qeyd edək ki, sözügedən layihə zamanı 6 ay ərzində mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Kurslarin məqsədi azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, “Azercell” şirkəti jurnalistlər üçün xarici dil kurslarını artıq 4 ildir ki, təşkil edir. Bu günə kimi yüzlərlə KİV nümayəndəsi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Bununla da KiV nümayəndələrinin inkişafina yönələn bu layihə ilə “Azercell” şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.

İslamazeri.az kollektivi “İslamınsesi” portalının bütün kollektivini bu uğur münasibətilə təbrik edir, Samir Həsənova şəxsi və iş həyatında daha böyük nailiyyətlər əldə etməsini arzu edir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button