AktualAktualArxivIslamQarabağXəbər lentiXəbərlər

Ərdəbil Azad İslam Universitetinin mədəniyyət şurası, təşkilatları və müəllim bəsici Ermənistan dövlətinin işğal edilmiş Fələstində səfirlik açmaq qərarını pislədi

Ərdəbil Azad İslam Universitetinin mədəniyyət şurası, təşkilatları və müəllim bəsici Ermənistanın işğalçı və aldanmış dövlətinə Qüdsü işğal edən rejimlə əlaqələri genişləndirməsi ilə bağlı xəbərdarlıq edib.

Qafqaz Həqiqətləri Ərdəbil Azad Universitetinin saytına istinadla xəbər verir ki, Ərdəbil Azad İslam Universitetinin mədəniyyət şurası, təşkilatları və müəllim bəsicinin yaydığı bəyanat aşağıdakı kimidir:

Allahın adı ilə

Dünyada ictimai rəyin koronavirusun yayılması mövzusuna bərk qarışdığı bir vaxtda Ermənistanın işğalçı və aldanmış dövləti özünü qəsbkar sionist rejimlə həlakedici münasibət xəstəliyinə yoluxdurmaqda və məntəqəni uşaq qatili və qaniçən rejimin hüzuruna bulaşdırmaqdadır.

Ermənistanda hakimiyyətdə olan dövlət işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaqla İslam ümməti ilə düşmənçilik yolunu seçmişdir və öz qonşularının, xüsusilə də İran İslam Respublikasının maraq və məsləhətinin ziddinə addım atır. Məlumdur ki, qondarma və məkirli sionist rejim Azərbaycan və Ermənistan möhrələri ilə öz xeyrinə oynayır. Sözsüz ki, bu iki ölkənin sionist rejimlə əlaqələri hər iki tərəfi uduzmaq olan bir əlaqədir və qəsbkar sionist rejimi bu iki ölkənin bir-biri ilə düşmənçiliyindən yalnız öz xeyrinə və qanunilik qazanmasına faydalanır. Azərbaycan və Ermənistan ölkələri sionist rejimin maraqlarının çirkin bataqlığında daha çox batır və öz ölkələrində böhranı genişləndirirlər.

Biz Ermənistan dövlətinə xəbərdarlıq edirik ki, İslam ərazilərində vücuda gəlmiş imperializmin çirkin şişi ilə münasibət qurmaqla özünün kimlik və gələcəyini bundan artıq təhlükəyə salmasın. Ermənistanın işğalçı dövləti İslam torpaqlarının bir hissəsi olan Qarabağı işğal etdiyinə görə indiyə kimi müsəlman ümmətinin və İran xalqının yetərincə nifrətinə düçar olmuşdur və bu dövlətin ölçülüb-biçilmədən atdığı addım onun üçün çox pis nəticələnəcək.

Ermənistan dövlətindən soruşulan əsas sual budur ki, hansı məntiqlə öz ölkəsini geopolitik çıxılmazlığa salırsınız? Yaxşı olar ki, məntəqədə bundan artıq macəra axtarmayasınız. Çünki belə olduqda heç vaxt rahatlıq görməyəcəksiniz. Özünüzün və İran kimi böyük qonşunun tarixi maraq və məsləhətinin ziddinə olan bu hərəkətinizin Ermənistan üçün çox ziyanlı nəticələri olacaq, İranın müsəlman və inqilabçı xalqı bu əməlinizə görə sizi cavabsız qoymayacaq. Bizim tövsiyəmiz budur ki, bütün qonşularınızı öz düşməninizə çevirməyin və siyasətinizə yenidən baxın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button