AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil Azərbaycanda baş verən yanğını söndürməyə hazır olduğunu bildirdi

Ərdəbil valisi Azərbaycan Respublikasının İranın Heyran meşələri ilə sərhəd bölgəsində baş vermiş yanğını söndürməyə kömək etməyə hazır olduğunu bildirdi.

Qafqaz Həqiqətləri xəbər verir ki, Əkbər Behnamcunun bazar günü Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynovla telefon söhbətində Heyranla sərhəd bölgədə baş vermiş yanğının vəziyyəti araşdırılıb.

Vali deyib: “Ərdəbil əyaləti sərhəd bölgələrində yanğının söndürülməsi üçün təbii mənbələrin mühafizəsi briqadasını və xilasedici qüvvələri əraziyə göndərməyə hazırdır.”

Azərbaycan Respublikasının səfiri B. Hüseynov bu telefon danışığında Ərdəbil valisinə göstərdiyi qayğıya görə təşəkkür edərək deyib: “Ehtiyac yaranarsa, Ərdəbil əyalətnin texniki və işçi qüvvələrinin köməklərindən mütləq kömək alınacaq.”

Qeyd edək ki, ötən həftə isti küləklərin əsməsi Azərbaycan Respublikasının İranın Heyran bölgəsi ilə sərhəd ərazilərində güclü meşə yanğınlarının baş verməsinə səbəb olub.

Yanğın İranın Heyran meşələrinə də sıçrayıb. Gilan və Ərdəbil əyalətlərinin yanğından mühafizə briqadalarının vaxtında atılan addımları ilə yanğının qarşısı alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button