AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Ərdəbil əyalətinin alimləri, ruhaniləri, məddahları və dini heyətlərinin Bərdə müsəlmanlarının qətlam edilməsi barədə bəyanatı

Ərdəbil əyalətinin alimləri, ruhaniləri, məddahları və dini heyətləri bəyanat yayaraq Bərdədə dinc müsəlmanların qətliam edilməsini və Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını kəskin pisləyib və bu cinayətin dərhal dayandırılmasını tələb edib.

Qafqaz Həqiqətləri Ərdəbilin İslam Təbliğatı Baş İdarəsinin ictimai əlaqələr bölməsinə istinadla xəbər verir ki, Ərdəbil alimləri, ruhaniləri, məddahları və dini heyətlərinin yaydığı bəyanatın mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

وَ لَئِنْ قُتِلْتُمْ فِی سَبِیلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَهٌ مِنَ اللَّهِ وَ رَحْمَهٌ خَیرٌ مِمَّا یجْمَعُونَ

“Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları bütün şeylərdən daha xeyirlidir.”

Təəssüflər olsun ki, işğalçı cinayətkarların əli bu dəfə qəsbkar sionist rejiminin və böyük şeytan Amerikanın arxasında gizlənmiş Ermənistan tərəfindən uzandı, dinc məzlum əhalini öz nifrət və kin-küdurəti ilə qanına boyadı.

Biz Ərdəbil əyalətinin alimləri, ruhaniləri, məddahları, dini heyətləri və Quran cəmiyyətləri insani, dini və inqilabçı vəzifəmizə uyğun olaraq və Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi həzrət Ayətullah Amilidən örnək almaqla Ermənistanın Bərdə və Azərbaycanın digər şəhərlərinə raket hücumunu, bu müsəlman ölkəsinin onlarla dinc sakinini şəhid etməsi və yaralamasını kəskin pisləyirik, müsibətə düçar olmuş ailələrlə həmdərd olduğumuzu bildirir və yaralılara təcili şəfa diləyirik. Bir daha təkid edirik ki, şəhərlərə və dinc əhaliyə hücum etmək bütün beynəlxalq hüquq və qanunlara ziddir və müharibə cinayəti sayılır. Ona görə də BMT bu zülmkarlığa diqqət yetirməli, bu qətliam və cinayətin qarşısını almalıdır.

O günün ümidilə ki, bir gün Allahın qüdrəti Azərbaycanın qəhrəmanlıq yaradan Hüseyn məktəbindən dərs almış müsəlman və inanclı gənclərinin əli ilə bu şəhidlərin intiqamını alsın və İslam ümmətinin qəmə batmış ürəklərinə məlhəm olsun. İnşallah.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button