AktualAktualArxivIslammədəniyyatXəbər lentiXəbərlər

Ərdəbil əyaləti tələbə təşkilatları Ermənistanın işğal edilmiş Fələstində səfirlik açmasına etiraz bəyanatı

Ərdəbil əyalətinin tələbə təşkilatları Ermənistan dövlətinin işğal edilmiş Fələstində səfirlik açması ilə bağlı etiraz bəyanatı yayaraq, bu addımı pisləyiblər.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil əyaləti tələbə təşkilatları bəyanat yayaraq Ermənistan dövlətnin işğal edimiş Fələstin ərazilərində səfirlik açmaq qərarını pisləyiblər. Bəyanatın mətni aşağıdakı kimidr:

Bismillahir-Rəhmanir-Rəhim

Ermənistan dövlətinin Qüdsü işğal edən rejimlə münasibətlərini genişləndirmək üçün işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq və sionist rejimə səfir göndərmək kimi səhv qərarları qondarma sionist rejimin riyakar mahiyyətini və çirkin zatını üzə çıxarmaqla yanaşı erməni siyasətçilərinin məntəqədə təhlükəli oyuna başlamaları üçün səhv hesablamalarını göstərir.

İslam torpaqlarının bir hissəsini işğal etdiyi üçün İslam dünyasının gizli qəzəbinə gəlmiş Ermənistan dövləti mühasirədə qalmış bir ölkədir və bu ölkənin maraqları tələb edir ki, xarici aləmlə əlaqə saxlamaq üçün qonşu ölkələrlə gərginlik olmayan bir münasibət saxlasın. Lakin Ermənistan dövlətinin qəsbkar sionist rejimi ilə əməkdaşlıq istiqamətində tutduğu qərar yaxşı qonşuluq prinsiplərinə ziddir, müsəlman xalqları, məntəqənin İslam ölkələrini, xüsusilə də qonşu müsəlman ölkələrini özünə qarşı təhrik edir.

Son illərdə Qarabağı işğaldan azad etmək təsəvvürü ilə zülmkar və Qüdsü işğal edən rejimdən kömək almaq məqsədilə bütün yumurtalarını bu rejimin səbətinə qoyan, bu rejimə ümid bağlayan, onunla geniş və mürəkkəb münasibətlər quran, bu qəsbkar rejimin enerji ehtiyaclarının əsas təminatçısına çevrilən, sionist rejimin terrorçu dövləti ilə bağlı ünsürləri özünün bütün strukturlarında nüfuz etdirən Azərbaycan Respublikası da indi gözlərinə inanmadan xain və Qüdsü işğal edən namərd rejimlə Qarabağı işğal edən dövlət arasında yaxşı əlaqələrin güclənməsinin şahididir və belə nəzərə gəlir ki, azəri təəssübkeş siyasətçiləri və dövlət adamlarının bu məsələ üzərində dərindən düşünməsi lazımdır.

Biz Ərdəbil əyaləti universitetlərinin tələbələri Ermənistan dövlətinə dünya müsəlmanlarının bir nömrəli düşməni olan qondarma İsrail rejimi ilə əlaqələri möhkəmləndirmək və İran sərhədləri yaxınlığında bu rejim üçün aktiv hüzur şəraiti yaratmaq kimi səhv qərarlar seçməsinə görə xəbərdarlıq etməklə yanaşı, bu məsələ ilə bağlı siyasətində dəyişiklik etməsini tələb edirik. Habelə, əziz ölkəmizin hörmətli xarici diplomatiya aparatından istəyirik ki, Ermənistan dövləti ilə öz əlaqələrini yaranmış mövcud durum və adı çəkilən ölkənin rəftar və qərarlarındakı dəyişikliklər əsasında tənzimləsin, bu dövlətə lazım olan xəbərdarlıqları etsin.

Habelə, məntəqənin bütün İslami dövlətləri, təşkilatları və xalqlarından istəyirik ki, alnında Qarabağı işğal etmək ləkəsi olan, fələstinli müsəlman körpələri öldürən qatil rejimin ayağını məntəqəyə açan, müsəlman xalqların hislərini və İslam ölkələrinin qeyrətini təhrik etmək ardınca olan Ermənistanın dövlətinin son səhv addımı qarşısında lazım olan reaksiyanı göstərsinlər.

Ərdəbil Peyam-Nur Universiteti, Misbahul-Huda Heyəti

Mühəqqiq Ərdəbili Universiteti, İslam Tələbələri Birliyi

Ərdəbil Tibb Elmləri Universiteti, Tələbə Bəsici

Mühəqqiq Ərdəbili Universiteti, Tələbə Bəsici

Mühəqqiq Ərdəbili Universiteti, İslam Tələbələri Qurumu

Ərdəbil Azad Universiteti, İslam Tələbələri Birliyi

Ərdəbil Peyam-Nur Universiteti, Tələbə Bəsici

Ərdəbil Azad Universiteti, Tələbə Bəsici

Ərdəbil Tibb Elmləri Universiteti, Ənsarul-Məhdi Heyəti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button