AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

“Ərdəbil Əyaləti Evi” Qeyri-Hökumət Təşkilatı Azərbaycan hərbçilərinin şəhadəti münasibətilə başsağlığı verib

“Ərdəbil Əyaləti Evi” Qeyri-Hökumət Təşkilatı bəyanat yayaraq erməni silahlıları ilə döyşdə Azərbaycan Respublikası hərbçilərindən bir qrupunun şəhid olması münasibətilə başsağlığı verib.

Qafqaz Həqiqətləri xəbər verir ki, “Ərdəbil Əyaləti Evi” Qeyri-Hökumət Təşkilatının başsağlığı məktubunda deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

Qurani-kərimin, Peyğəmbərin (s) və Əhli-Beytin (ə) məzlumlara dayaq olmaq, İslam ərazisinə və müsəlmanların haqlarına təcavüz və zülm edənlərə qarşı mübarizəyə dəstək vermək barədəki həyat bəxş edən təlimlərindən ilham alaraq bildiririk:

“Ərdəbil Əyaləti Evi” Qeyri-Hökumət Təşkilatı son günlərdə erməni işğalçıları tərəfindən şəhid edilmiş Azərbaycan Respublikası hərbçilərinin şəhadəti münasibətilə qardaş və qonşu Azərbaycan Respublikası dövləti və xalqına başsağlığı verməklə yanaşı, erməni təcavüzkarlarının İslam və şiə torpağı olan Qarabağa qarşı işğalçılığı davam etdirməsinə öz nifrət və qəzəbimizi bildirir, İslam dünyasından istəyirik ki, mədəniyyət və sivilizasiya beşiyi olan bu məntəqənin azad olunması istiqamətində ciddi və təsirli addımlar atsın.

Qarabağın İslam dünyası ilə 1400 illik bağlılığına diqqət etməklə, İslamın bu yurdu Qızılbaşların və Şeyx Səfiyəddin Ərdəbilinin müridlərinin coşqun mərkəzi olmuşdur, İslam və şiə Azərbaycanının bir vilayəti olaraq Səfəvi inqilabı və dövlətinin yaranmasında, Əhli-beyt (ə) maarifinin Qafqaz və Kiçik Asiyada genişlənməsində böyük rola sahib olmuşdur.

Bu üzdən biz Ərdəbil əyalətinin övladları Qarabağın tarix yaradan şəhidlərinə, kişi və qadınlarının köçkün düşməsinə görə, İslam dünyasının digər məntəqələrinin müsəlmanlarından daha artıq narahatıq və Qarabağın, habelə düşmən işağlı altında olan digər torpaqların azad olunması istiqamətində Azərbaycan dövləti və xalqına hərtərəfli dəstəyimizi elan edirik.

Ərdəbil Əyaləti Evi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button