AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

Ərdəbil əhalisinin İslami Şura Məclisində təmsilçisi: İrəvan işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaq qərarına yenidən baxsın

Südeyf Bədri: “Sionist rejimi bütün dünya müsəlmanlarının düşmənidir və Ermənistan dövləti işğal edilmiş ərazilərdə səfirlik açmaq qərarına yenidən baxmalıdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil, Nir və Nəmin əhalisinin İslami Şura Məclisində təmsilçisi Südeyf Bədri “Xaneyi-Millət” müxbirinə verdiyi açıqlamasında Ermənistan dövlətinin işğal edilmiş Fələstin ərazilərində səfirlik açmaqla bağlı verdiyi qərarı tənqid edərək deyib: “Bu addım tələsik və düşünülməmiş bir hərəkətdir, məntəqənin sabitlik və təhlükəsizliyini təhdid edir.”

Təmsilçi əlavə edib: “Sionist rejimin bütün dünya müsəlmanlarının düşməni olmasında heç bir şəkk-şübhə yoxdur. Bu üzdən Ermənistan və sionist rejim arasında münasibətlərin genişlənməsi bu rejimin ayağını məntəqəyə açmaq deməkdir və yaxşı qonşuluq prinsipləri ilə ziddir.”

  1. Bədri bu kimi addımların Ermənistan xalqının maraqlarını da təhdid etdiyini bildirərək deyib: “Xarici İşlər Nazirliyi məsələyə ciddi yanaşmalı və ən tez bir vaxtda bu addımın nəticələri ilə bağlı Ermənistan dövlətinə xəbərdarlıq etməlidir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button