AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

Ərdəbil əhalisi Azərbaycanın islamçı məhbuslarına dəstək verdi

Ərdəbilin vilayətçi əhalisi İslam İnqilabının 40 yaşına qədəm qoyması münasibətilə bayram yürüşü keçirib, İmam Xomeyninin (r) ideyaları ilə əhd-peymanı təzələyib. Ərdəbillilər bu yürüşdə Azərbaycan Respublikasının islamçı məhbuslarına öz dəstəklərini nümayiş etdiriblər.

Qafqaz Mədəniyyət Mərkəziİranda İslam İnqilabının qələbə çalmasının 40 illiyi münasibətilə Ərdəbilin vilayətçi əhalisi küçələrə axışıb, möhtəşəm yürüş keçirməklə bu günü uca tutub, dünyanın bütün azadlıqsevərləri, xüsusilə də Azərbaycan Respublikasında işgəncə olunması xəbərləri yetişən islamçı məhbuslarla həmrəy olduqlarını elan edib.

Yürüş iştirakçıları Azərbaycan Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Hacı Tale Bağırov, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov və həbsdə olan digər dindar məhbusların şəkillərini əldə tutaraq “Zillət bizdən uzaqdır” şüarları veriblər və Azərbaycan dövlətindən tələb ediblər ki, islamçı məhbuslara qarşı işgəncələrə son qoysun və onları zindandan azad etsin.

Möhtəşəm yürüşün iştirakçıları Azərbaycan Respublikasında məhbusların hazırkı şəraitini, onlara qarşı işgəncələrin şiddətlənməsini qeyri-insani davranışlar adlandırıb, “Azərbaycan Respublikasında islamçı məhbusların işgəncə edilməsini pisləyirik”, “Mövsüm Səmədov azad edilsin” yazılmış plakatlar qaldıraraq islamçı məhbuslara dəstək nümayiş etdiriblər.

 

    

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button