AktualArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Azərbaycan prezidentinin sabiq köməkçisi Türkiyəyə qaçması təkzib olub

Əli Həsənov hər zaman həyatda da, dövlətdə də doğru durmuş və buna görə çox əyrilərin bəlasını görmüş adamdır.

Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovun səhhətində növbəti dəfə yaranmış problemlərlə bağlı Türkiyəyə yola düşdüyünü dünən erkən saatlarından bilirdim. Özünü narahat etmək istəmədim, ailə üzvlərinə “keçmiş olsun” diləklərimi ifadə etdim, Allahdan şəfa dilədim. İstər yüksək vəzifə tutan və ya tutmuş bir şəxs olsun, istər çox sadə bir vətəndaş, kimsə sağlıq sorunu ilə üzləşibsə və vicdanı, ləyaqəti, şərəfi olan insanlar bu barədə xəbər tutubsa, ona Allahdan şəfa diləməli, əgər ortada hər hansı bir problem varsa, sağlığına qovuşmasını gözləməlidir. Bizim min illərin sınağından çıxmış törəmiz, adət-ənənəmiz, mənəviyyat kodekslərimiz məhz bunu diqtə edir.

Ancaq bu mənəviyyatdan uzaqlaşmış, yaxud ona heç zaman malik olmamış bir çoxları Əli Həsənovun timsalında ömrünü Azərbaycan dövlətinin ali maraqlarının təmin olunmasına, təmsil olunduğu hakimiyyətin möhkəmlənməsinə, liderləri olan Heydər və İlham Əliyevlərin ictimai rəydə dayaqlarının güclənməsinə, ölkədə sabitliyin və rifahın hər bir vətəndaşın həyatında müsbət rol oynamasına həsr etmiş ləyaqətli bir dövlət xadiminə qarşı cılız intriqalarla məşğul olur, onun səhhəti üzərindən manipulyasiyalar edirlər. Əli Həsənov sıradan bir adam deyil, uzun illər dövlətin yüksək pillələrində məxfi informasiyalarla işləmiş bir şəxsdir. Belə bir adam səhhətində həqiqətən problem olmasa, xəlvətcə, Azərbaycanın müvafiq dövlət qurumlarının və rəhbərlərinin xəbəri olmadan ölkəni deyil, heç Bakını belə tərk edə bilməz, əlbəttə ki. Odur ki, xüsusi bir informasiyam olmasa da, qəti şəkildə əminəm: Əli Həsənovun təcili surətdə müayinə və müalicəyə ehtiyacı olması barədə həm Azərbaycanın, həm də Türkiyənin ən üst səviyyələrdə öncədən məlumat olub. Komplo teoirilər quraşdırmağa ehtiyac yoxdur. Buna heç inanan da yoxdur. Özünüzə baxmayın, Əli Həsənovun kitabında qaçmaq yoxdur!!!

Odur ki, əllərindəki rumkaları dik qaldırıb Türkiyədən xəbər gözləyənlər umsunmasılar. Uca Tanrının və çağdaş səhiyyəyə malik qardaş Türkiyənin uzman doktorlarının yardımı ilə Əli Həsənov qısa zamanda sap-sağlam Azərbaycana dönəcək. Ancaq bir sual düşündürür məni. Deyirlər axı, dağ dağa rast gəlməz, ancaq insan-insana rast gələr. Görəsən, bir zamanlar Əli Həsənovun diqqətini cəlb etmək, dəstəyini qazanmaq, qəbuluna və çevrəsinə düşmək üçün, çox-çox üzr istəyirəm ifadəmə görə, gündə beş dəfə dombalaq aşanlar nədən bir “keçmiş olsun” diləyi yazmırlar öz Facebooklarında? Öz canları daşdan, dəmirdəndir yoxsa? Axı o, məhz həmin Əli Həsənovdur ki, Azərbaycanda istənilən media mənsubunun istər şəxsi, istər ictimai məzmunda olan problemlərinə həmişə diqqətlə yanaşıb. Özünə çıxa bilməyəndə müavinlərinə, müavinlərinə əl çatmayanda sektor müdirinə, PA-da onun başçılıq etdiyi ictimai-siyasi şöbənin əməkdaşlarına demisiniz sözünüzü. İndi çoxunuz heç PA-nın yaxınlığındakı, İA-nın qarşısındakı avtodayanacağın gözətçilərinə belə yaxın düşə bilmirsiniz. Buraxın diqqəti, dəstəyi, himayəni, dəyərləri, mən Əli Həsənova ondan tez salam verdiyi üçün “kişi”lərin qadınları qısqandığına şahid olmuş adamam. Bu nə həyat tərzidir siz yaşayırsınız? İnanın, buna görə heç kim sizə “praqmatik” demir, iküzlü və şərəfsiz deyir! Bir də onu deyirlər ki, min ağac uzaq olsun, bir balaca ayağı büdrəsə, prezident İlham Əliyevə ən aşağılıq hücumları məhz belələri edəcək. Amma o hücumların qarşısına yenə Əli Həsənov və onun ideoloji həmfikirləri- dövlət başçısının gerçək tərəfdarları çıxacaq.

manba: aznews.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button