AktualAktualArxivIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Əli Əkbər Vilayəti: Azərbaycanın işğal edilmiş əraziləri boşaldılmalıdır

Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri deyib: “Qarabağ münaqişəsinin həll yolu budur ki, işğal edilmiş ərazilər boşaldılsın və Azərbaycan Respublikası öz sərhədlərinə nəzarəti ələ alsın.”

Qafqaz Həqiqətləri Təbriz Azad Universitetinin ictimai əlaqələr bölməsinə istinadla xəbər verir ki, Təbrizdə Ayətullah Qazi Təbatəbainin şəhadətinin 41-ci ildönümünün anılması milli mərasiminə video-əlaqə şəklində qatılan Əli Əkbər Vilayəti Qarabağ bölgəsində Azərbaycan və Ermənistan arasında baş verən son döyüşlərə də toxunaraq deyib: “Ümidvaram ki, beynəlxalq fitnəkarların Cənubi Qafqazda yaratdıqları və Azərbaycan Respublikasının çoxlu insanlarının şəhid olmasına, digər tərəfin də çoxlu adamların ölməsinə səbəb olmuş işlər tezliklə batil olsun.”

Ali Məqamlı Rəhbərin müşaviri əlavə edib: “Ümid edirik ki, məsələnin siyasi həlli ilə region xaricindən fitnə yaratmaqda mühüm rol oynayanların əli bundan kəsilsin və tərəflər sülhə nail olsunlar.”

Doktor Vilayəti münaqişənin siyasi yolunu da göstərərək deyib: “Münaqişənin əsas həll yolu budur ki, işğal edilmiş ərazilər boşaldılsın və Azərbaycan əhalisi öz sərhədlərinə nəzarəti ələ alsın. Ermənistan da bu həll yolunun həyata keçməsinə təlaş göstərməlidir.”

O daha sonra deyib: “Bu bölgə gürcülərin, ermənilərin və azərilərin birgə yaşadığı yerdir. Ortaq kimlik və şiəlik mehvəri bizi bir-birimizə bağlayır. Bu bağlılıq əbədidir və bu müharibənin tezliklə başa çatmasını arzu edirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button