ArxivIslamXəbər lentiXəbərlər

İslamçılar davamlı etiraz aksiyalarına hazırlaşırlar

Vüqar İbayev: “Aksiyalarla əlaqədar partiyaya çoxlu sayda müraciətlər olunur”

AİP sədri Mövsüm Səmədovun oktyabrın 9-da qapalı məhkəmədən birbaşa “karserə” salınması ilə bağlı partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vüqar İbayevden münasibət öyrənib.

Baş verənlərə kəskin reaksiya verən AİP funksioneri bu təzyiqlər qarşısında susmayacaqlarını dilə gətirib: “Mövsüm Səmədova qarşı son dövrlər müşahidə edilən qərəzli münasibət, 11 saylı cəzaçəkmə müəssisəsindən 12 saylı həbsxanaya köçürülməsi və orada “karsa” salınması,  iki il müddətinə, gülünc ittihamlarla, Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə məhkəmənin çıxardığı ədalətsiz hökm partiyanın bütün üzvlərini ciddi narahat edir. Baş verən son olaylar onların kəskin etirazlarına səbəb olub. İctimaiyyət, ölkənin inanclı təbəqəsi bu haqsızlıqlara qarşı çıxır. Bu etirazların nəticəsi olaraq biz qəti addımlar atmağa, qanun çərçivəsində kütləvi aksiyaların davamlı keçirilməsinə qərar vermişik. Bunun üçün hazırda partiyada hazırlıq işləri görülür. Bu işlər başa çatan kimi şəhər icra hakimiyyətinə mitinq keçirmək üçün müraciət olunacaq. Davamlı kütləvi aksiyalara start veriləcək.”/islaminsesi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button