AktualAktualArxivXəbər lentiXəbərlər

Ərdəbil valisi Azərbaycan səfirini qəbul edib

Görüşdə Ərdəbil əyalətinin Azərbaycan Respublikası ilə iqtisadi əməkdaşlığın genişlənməsinə dair yollar araşdırılıb.

Qafqaz Mədəniyyət Mərkəzi – Görüşdə Ərdəbil əyalətinin valisi Əkbər Behnamcu iki ölkə arasında tarixi və mədəni ortaqlıqlara, uzun sərhədlərə, ikitərəfli əməkdaşlıq üçün geniş potensiallara işarə edərək deyib: “Biləsuvar gömrük-keçid məntəqəsinin 24 saat iş rejiminə keçməsi və lazım olan təchizatla təmin edilməsi ilə Ərdəbil əyalətinə ticarət, turizm və müalicə məqsədilə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının layiqincə qarşılanması üçün lazım olan tədbirlər görülmüşdür.”

Ərdəbil əyalətindən Azərbaycan Respublikasına ixrac olan məhsul həcminin hələ lazımi səviyyəyə çatmadığını bildirən vali, əyalətin özəl sektorlarında Azərbaycan investorlarını cəzb etmək üçün hazır olduğunu, onlar üçün lazım olan imkan və şəraitin yaradılacağını vurğulayaraq, Ərdəbil əyalətinin kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəz məhsullarının ixrac olması üçün qarşıya çıxan problemlərin aradan qaldırılmasını və bu işin sürətlənməsini istəyib.

Ə. Behnamcu Parsabad aeroportunun yük təyyarələrinə xidmət göstərmək qabiliyyətinə malik olduğuna da işarə edərək deyib: “Bağ məhsullarının Azərbaycan Respublikasına və digər ölkələrə sürətli ixracı mümkündür.”

Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov iki ölkə arasında iqtisadi mübadilə həcminin ildə 3 milyard dollara çatdırmağın hədəfdə dayandığına, Ərdəbil əyalətinin iqtisadi və turizm potensiallarının bənzərsiz olduğuna işarə edərək deyib: “Ötən iki ildə iki ölkə vətəndaşlarının gediş-gəlişində mövcud problemlər aradan qaldırılıb və hər iki tərəf bu fürsətdən iqtisadi mübadilələrin genişlənməsi üçün faydalana bilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button