ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

“Ərbəin” zəvvarları üçün bu yerlərdə pulsuz internet olacaq

Dünyanın ən böyük toplantısı – ƏRBƏİN yürüşündə iştirak edəcək zəvvarlar üçün pulsuz internetdən istifadə yerləri açıqlanıb.

Bu barədə İraqın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Nəcəf şəhərində “Nur-əl Əşrin” və Kərbəla yolunun girişində olan

“Həzrət Zəhra” mokibində, o cümlədən Əl-Həkim məscid və məqbərə kompleksi ərazisində pulsuz internet olacaq.

Kərbəla istiqamətində olan yolda isə 202, 286, 309, 460, 548, 707, 828, 953, 1120 və 1222-ci sütunların yanındakı mokiblərdə pulsuz internet məkanları yaradılıb.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi – Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Zəvvarlar Nəcəf – Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button