ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanda şəhidlərin anım mərasimlərində sinəzənliyə və məddahlığa qadağa qoyulduğu bildirilir

Qafqaz.ir  xəbər verir ki, Azərbaycanın Lənkəran şəhərində son günlər keçirilən şəhidlərin anım mərasimlərində bəzi qadağalar tətbiq olunmağa başlayıb.

Belə ki, Azərbaycanda bütün şəhid məclislərində şəhidlər haqqında şeirlər, mərsiyyələr və mədhiyyələr deyildiyi halda, Lənkəranda buna qadağa qoyulub.

Mənbəmizin məlumata görə, son üç gündə bəzi şəhidlərin ailələri və məddahlar polisə çağırılaraq onlara təzyiq göstərilir, xəbərdarlıq olunur.

Bildirilir ki, şəhid valideynlərinə və məclisdə iştirak edən yerli camaata toplu şəkildə piyada şəhidin məzarına getməyə icazə verilmir. Bu da şəhid ailələrinin və camaatın narazılığına səbəb olub. Şəhid ailələri digər rayonlarda belə qadağalar olmadığı halda, Lənkəranda şəhid məclislərinə belə qadağaların nə səbəbdən qoyulması barədə izah tələb edirlər.

Qeyd edək ki, son 2-3 gündə aşağıda adları qeyd olunan şəhidlərin anım mərasimində bəhs olunan hallar yaşanıb:

Şəhid Kamran Səmədov (Liman şəhəri)

Şəhid Elnur Talıbov (Mikrorayon)

Şəhid Rəşid Məmmədov (Sütəmurdov kəndi).

Vurğulanan qadağa və təzyiqlərlə yanaşı şəhidlərin anım mərasimlərində Əhli-beyt (ə) məddahlarının əvəzinə səhnələrin müğənnilərə həvalə edilməsi, sinəzənlik edilməsinə imkan verilməməsi diqqət çəkir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button