AktualAktualArxivXəbər lentiXəbərlər

Ərəbistan “erməni soyqırımı” layihəsinin qəbul edilməsinə maddi dəstək verir

Amerikalı senator Adam Schiff öz saytında ifşa edib ki, Səudiyyə Ərəbistanı erməni soyqırımı layihəsinin Amerika Konqresində qəbul edilməsi üçün lazım olan maddi dəstəyi verməyə hazırdır.

Qafqaz Mədəniyyət Mərkəzi – Xaricə yayımlanan “Radio erməni” radiosunun saytı “Panarmanian” saytına əsaslanaraq yazıb: “Amerikalı senator Adam Schiff öz vebsaytında bildirib ki, Ərəbistanın Amerikadakı səfiri Reema bint Bəndər Ali-Səudun dəvətini qəbul edərək 26 aprel cümə günü Səudiyyə şahzadəsinin səfirlikdə təşkil etdiyi ziyafətdə iştirak edib və ziyafət çərçivəsində Ərəbistan səfiri ilə iki saatlıq söhbəti baş tutub. Bu söhbət əsasən ikitərəfli əməkdaşlıq və Ərəbistanın Kaliforniya ştatında investisiya qoyması ilə bağlı olub.

Söhbət əsnasında A. Schiffin erməni soyqırımının Konqresdə rəsmi tanınması üçün təklif irəli sürməsinə aid söz açılıb. Ərəbsitan səfiri bu layihənin Konqresdə qəbul olunması üçün Riyadın lazım olan maddi dəstəyi verməyə hazır olduğunu bildirib.

Bu xəbərə görə, şahzadə Bəndər deyib: “Osmanlı imperatorluğu dövründə Ərəbistan bərk təzyiqlərə məruz qalıb. Belə ki, tarixdə o dövrdən heç bir xoş xatirə qalmayıb.”

Qeyd edək ki, Respublikaçılar Partiyasının senatorları Adam Schiff və Ges Bilirakis erməni soyqırımının rəsmi tanınması ilə bağlı layihəni Konqresə təqdim ediblər. Bu layihənin qəbul olunması Amerika dövlətinin türklərin ermənilərə qarşı soyqırım həyata keçirməsini rəsmi olaraq tanıması mənasınadır.

Xatırladaq ki, ermənilər Birinci Dünya Müharibəsi dövründə (1915-1917) Osmanlı İmperatorluğu nəzarətində olan ərazilərdə erməni cəmiyyətinin qətlə yetirilməsini Osmanlı dövləti tərəfindən həyata keçirilən (qabaqcadan hazırlanmış) soyqırım bilirlər və dünya dövlətləri tərəfindən onun tanınmasını istəyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button