ArxivFatimi yaşayişIslammədəniyyatNardaranSosialXəbər lentiXəbərlər

Əbülfəz Bünyadov Tofiq Yaqublunun həbsindən və siyasi vəziyyətdən yazdı

  • “Müsəlman Birliyi Hərəkatının” İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov Tofiq Yaqublunun həbsinə münasibət bildirib.

 

O, bu barədə facebook səhifəsində fikirlərini bölüşüb.

 

Rakurs.tv Əbülfəz Bünyadovun fikirlərini olduğu kimi təqdim edir:

“Bunu da düşünək.

Növbəti məhkəmə şousu və növbəti haqsızlıq. Elə bilirəm Tofiq Yaqublu haqqında məlumatı olan hər kəs ötən gün ona kəsilən hökmün saxta olduğu qərarını verəcək. Bu, hakimiyyətin siyasi cəbhədə qarşı tərəfə hələ də hədə yolu, həbslərlə güc göstərməsinin növbəti nümunəsi idi. Bəs görəsən bütün bu halların baş verməsində biz özümüz nə qədər günahkarıq? Hakimiyyətin belə bir addımı ilk deyil, bundan o müxalifi olan demokrat və ya dindarlara qarşı artıq dəfələrlə istifadə edib. Görünən budur ki, hələ də bu addımlar davam etməkdədir. Lakin buna bizim bəzi addımlarımız zəmin yaradıb desəm, elə bilirəm yanılmarıq.
Müxalifətin daxili savaşı ötən iki ildə kuliminasiya həddinə qədər gəldi. Bir-birinin ünvanına sərt ittihamlar, kəskin fikirlər qısa bir zamanda müxalifəti daxilən müxtəlif cəbhələrə ayırdı. Bu cəbhələr təkcə parçalanmadı, bir-birinə ciddi bir rəqib, amansız bir düşmən olaraq qarşı tərəfi əzmək üçün bütün vasitələri məqbul bildi. Açıq döyüşə gələ bilməyənlər isə, gizli zərbələrini öz döyüşdaşlarını cəbhənin tam mərkəzində tək qoymaqla müxalif mövqelərini belə bir tabloda sərgilədi. Əlbəttə, ardınca hakimiyyətin təklifləri, dəyirmi masalar, mandatlar və sairlər bu işin tam tənəzzül nöqtələri oldu. Bu isə öz növbəsində onlara qarşı rahat ovlanma planının reallığı idi. Parçalanmış müxalifət güc qoyub birlikdə etirazlara qoşulmaq əvəzinə biri digərinin tədbirlərini zəiflətmək üçün cani dildən bütün enerjisini sərf etdi. Təbii ki, buna obyektiv və subyektiv səbəblər də az deyildi. Lakin səbəblərdən asılı olmayaraq bu gün müxalifətin ova, həm də rahat ova çevrilməsi üçün bu cəbhənin böyük əksəriyyəti bir birinə düşmən mövqe nümayiş etdirməklə kifayət qədər zəhmət çəkdilər. Nəticə isə göz önündədir. Növbəti Qarabağ qazisi, növbəti azadlıq carçısı şərlənərək həbs olundu.
Mənim bu mövzuya toxunmağımın subyektiv, digər bir səbəbi də özümün də üzvü olduğum dini camiədə son yaşananlar da az rola malik deyil. Bizim (dini camiənin) bu günkü vəziyyəti illər öncə müxalifətin bir birinin canına düşüb ittihamlar dolu bir zamanını xatırladır mənə. Onların daxili parçalanmaq üçün müxtəlif cəbhələrə bölünməsinə nəticə olaraq heç bir nümunə göstərmək istəmirəm. Çünkü hər şey gün kimi aydındır. Ancaq inanclılara, dindarlara, ilahiyyatçılara müxalifətin gəlib çıxdığı vəziyyəti nümunə olmalıdır. Parçalandıqca hamımız daha asan yemə çevriləcəyik. Bunu da düşünək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button